Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (30-09-2016, 17:18)
“Həmin şəxslər artıq işsiz sayılır” – Səhiyyə Nazirliyi

2015-06-01-17-48-59sehiyye-nazirliyi-640

“Həm özəl, həm də dövlət tibb müəssisələrində işləyən həkimlər icbari qaydada 5 ildən bir sertifikasiya imtahanlarından keçməlidirlər”.

Mediatv.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi yanında Sertifikasiya Komissiyasının rəhbəri Malik Abbasov bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu imtahanlarda yalnız işsiz həkimlər könüllü şəkildə iştirak edə bilərlər: “Bəzi tibb işçiləri 5 illəri tamam olduqdan sonra yenidən sertifikasiyadan keçməli olduqlarını hesab edirlər. Lakin bu düşüncə düz deyil. Qanuna görə, onlar 5 il ərzində resertifikasiyadan (təkrar) keçməlidirlər. Məsələn, şəxs 2011-ci ildə sertifikasiyadan keçibsə, 2017-ci ildə təkrar imtahana qatılmayacağını hesab etməsin. O, 5 ilin tamamına 7-8 ay qalmış sənədlərini yenidən verərək sertifikasiyadan keçməlidir”.
M.Abbasov əlavə edib ki, bəzi hallarda gecikmələr də olur: “Gecikmə olduqda həmin namizədlər imtahana buraxılmır. Çünki həmin şəxslər artıq işsiz sayılır və onlar faktiki olaraq işdən xaric edilməlidirlər. Biz resertifikasiya prosesi yeni olduğuna görə hələlik bu işə yumşaq yanaşırıq. Onlar yalnız Səhiyyə Nazirliyindən icazə aldıqdan sonra imtahanlarda iştirak edə bilirlər”.

“Report”

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025