Sosial / Slayd (26-10-2014, 09:43)
Özəl klinikada özbaşınalıq davam edir,bəs səhiyyə nazirliyi hara baxır?
Mediatv.az ın redaksiyasına müraciət edən Bakı şəhər Bakıxanov qəs Ə.Kərimov küçəsində yaşayan Məlikova Badam Dadas qızı "Xəzər" Klinikasında başına gələnlərdən danışdı:
2009-cu ildə boğazında narahatçılıq hiss etdiyindən bir çox tibb müəssələrinə müraciət etmiş,həmin vaxt ona əməliyyat olunmasını bildirilmişlər.Bundan sonra əməliyyat olunmaq üçün təcrübəli həkim axtaran zaman "Xəzər"Klinikasinda tibb bacısı işləyən qohumu Adilə Zeynalova ona həmin klinikada Lalə adlı həkim işlədiyini bildirib və onu həmin şəxslə tanış etmişdir.Lalə Qasimova ilə tanış olduqdan sonra sonuncu onu müayinə edib boğaz nahiyyəsində cərrahiyə əməliyyatı aparmağı öz öhdəsinə götürmüş,eyni zamanda Lalə həkim ona əməliyyatını klinikada işləyən təcrübəli cərrah Cabbar Cəlilovla birlikdə kecirəcəyini demişdir.Həmən vaxtlarda oğlu Malik Məlikzadənin burnunda artiq ət olmasından əziyyət cəkdiyi ucun Lalə xanımla oğlunun da əməliyyat etdirilməsinə razilasmışlar.Həm onun,həm də oğlunun əməliyatı üçün Lalə Qasimovaya 450 manat pul vermişdir.09 noyabr 2009-cu ildə o və oğlu Malik "Xəzər" klinikasında əməliyyat olnmuşlar.Onun əməliyyatı təxminən 4 saata yaxın çəkmiş,əməliyyatdan sonra Lalə xanım guya onun əməliyyatı zamanı əziyyət çəkdiklərini bildirib onlardan daha 50 manat pul almışdır.Oğlu Malik əməliyyatdan 1-2 saat sonra,o isə bir gün sonra evə buxaxılmışdır.Əməliyyatdan sonra 3-4 gun keçsə də boynunun sağ nahiyyəsində narahatçılıq hiss etməyə başlamış,sanki həmin nahiyyədən nəyinsə bogazına batmasını hiss etmişdir.Bununla bağlı qohumu Adiləyə zəng edib bildirəndə sonuncu ona əməliyyatı zamanı iynə qırılmasını,ola bilsinki,həmin iynə qırığının əməliyat nahiyyəsində qaldığını demişdir.Sonradan həyat yoldası Asifə bu baradə deyəndə sonuncu ona bildirmişdi ki,əməliyyatı zamanı iynə qırıldığı üçün həkimlər tərəfindən qırılmıs iynənin əməliyyat olunan nahiyəyə düşüb-düşməməsi yoxlanılmış,həmin vaxt onu rentgen etmişlər və bogazinda iynə qırıığının qalmasını askar etməmişlər.Lalə həkimin deməsinə görə ola bilər ki,qırılmış iynə qıriğı əməliyyat zamanı istifadə edilmiş pambıq tomponlara yapışmışdır.Sonradan o yenidən "Xəzər " kilinkasina getmiş,Lalə həkimin qəbulunda olan zaman sonuncu yenidən onu rentgen müayinəsi edərək əməliyyat zamanı qırılmış iynə qırığının boğazında qalmadığını,boynunda olan tikişlərin ona narahatçılıq verdiyini və həmin narahatçılığın tədricən keçəcəyini bildirmişdir.Lakin həmin vaxtdan xeyli muddət keçməsinə baxmayaraq boynunda hiss etdiyi narahatçılıq keçməmişdir.Bir neçə dəfə yenidən Lalə xanıma müraciət etsə də sonuncu hər dəfə onun müxtəlif dərmanlar qəbul etməsini məsləhət görmüş,heç bir problem olmadığını,sadəcə psixoloji olaraq özündə asılılıq yaratdığını bildirmişdir.4-5 yanvar 2014-ci il tarixlərdə dişini müayinə etdirərkən "Medilife" kliniasında rentgen olunan zaman boynunun sağ nahiyyəsində,yəni əməliyyat olunduğu nahiyyədə yad cisim olduğu askar edilmişdir.Bundan sonra o həyat yoldasi ilə birlikdə Lalə xanıma və Cabbar həkimə müraciət etmişdir.Sonradan Lalə xanımın öz işdirakı ilə Mərkəzi Klinikada,Bakı Klinikasında və Mərkəzi Neftçilər Xəstəxanasında müayinə olunmuş və hər üç müayinənin nəticəsində onun boynunun sağ nahiyyəsində iynəyəbənzər metalik yad cisim olması deyilmişdir.Sonradan onlar əməliyyat üçün bir sıra tibb müəssələrinə müraciət etsələr də həmin yad cisimin sinirlərin sıx olduğu yerdə yerləşdiyindən əməliyyatın riskli olduğunu və fəsadlar verə biləcəyi bildirilmişdir.Hazırda yalnız İsraildə olan qohumları vasitəsilə əlaqə saxladığları bir klinika bu əməliyyatı heç bir fəsad olmadan edə biləcəyini öz üzərinə ğötürmüşdir.
Bundan sonra Badam xanım sağlamlığının bərpası üçün xaricdə olunacaq əməliyyat xəclərini həkimlər və klinika tərəfindən ödənilməsini tələb etdikdə onlar bundan imtina etmişlər.
Sonra B.Məlikova Nizami rayon prokrorluğuna müraciət edərək baş vermiş həkim səhlənkarlığına hüquqi qiymət verilməsini tələb etmişdir.Nizami Rayon prokrorluğu araşdirma aparmiş,əməliyyat zamanı xəsdənin boğazında iynənin qırılıb qaldığı təsdiqlənmişdir,lakin cinayət tərkibi olmadığı üçün məhkəməyə müraciət etməyi tövsiyə etmisdir.Çox maraqlıdır ki araşdırma zamanı prokurorluq klinikanı məhsuliyyətdən uzaqlaşdırmağa əsasən məsuliyyətin həkimlərin daşıdığını təsdiq etməyə çalışmışdır.
Bax budur səhiyyəmizin vəziyyəti,elə ona ğörədə vətəndaşlarımızın böyük əksəriyyəti sağlamlığını qorumaq üçün xaricə üz tuturlar.Özəl klinikalardakı özbaşınalıqdan kifayət qədər danışmaq olar.Bəs ğörəsən Səhiyyə Nazirliyi hara baxir?
Təbbi ki,son söz məhkəmənindir. Məsələni diqqətdə saxlayacağıq.