Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (24-09-2016, 14:30)
Azərbaycana yeni pambıqyığan kombaynlar gətirilir

Azərbaycana yeni pambıqyığan kombaynlar gətirilir

 

Sabirabad rayonunda pambıqçılıqda istifadə edilən yeni kənd təsərrüfatı texnikalarının təqdimat mərasimi keçirilib.
Mediatv.az-a  Kənd Təsrrüfatı Nazirliyinin mətbuat xidmətindən bildirildiyinə görə, tədbirdə nazir Heydər Əsədov, müvafiq qurumların rəhbər şəxsləri və əməkdaşları, pambıqçı fermerlər, alimlər, kənd təsərrüfatı mütəxəssisləri iştirak edib.
Sentyabrın 22-də dövlət başçısının pambıqçılıqla bağlı imzaladığı yeni sərəncam barədə məlumat verən H.Əsədov bildirib ki, bu sərəncam ölkədə kənd təsərrüfatının ənənəvi sahələrindən birinin inkişafına dövlət dəstəyinin gücləndirilməsi, pambıqçılığın potensial imkanlarından səmərəli istifadə edilməsi, pambıq istehsalına əhalinin marağının artırılması və sosial rifahının daha da yaxşılaşdırılmasına öz töhfəsini verəcək. Nazir vurğulayıb ki, artıq subsidiyalar əkin sahəsinə görə deyil, əldə olunan məhsula görə veriləcək ki, bu da son nəticədə məhsuldarlığın artmasına səbəb olacaq.
Eyni zamanda nazir “Aqrolizinq” ASC-nin xətti ilə ölkəyə gətirilən yeni texnika və məhsuldarlığın artırılması məqsədilə tətbiq olunan mütərəqqi texnologiya barədə məlumat verib: “Pambıqçılıqda istifadə edilməsi məqsədilə 1591 ədəd kənd təsərrüfatı texnikası gətirilib. Bu proses davam etdiriləcək. Oktyabr ayının 15-nə kimi Azərbaycana yeni pambıqyığan kombaynlar gətirilərək fermerlərin istifadəsinə veriləcək. Bu kombaynlar əsasən “John Deere” şirkətinin istehsal etdiyi ən müasir texnikalardır. Pambıq toxumçuluğuelmi əsaslarla yenidən qurulmalı, bu sahəyə diqqətartırılmalıdır”.
Sonra rayonun Xəlifəli kəndində pambıq sahələrinə baxış keçirilib, yeni alınan kombaynların yığım prosesi ilə tanış olub. 
шаблоны для dle 11.2

Xəbər lenti
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025