Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (6-02-2016, 20:26)
Azərbaycanda 15 min yeni iş yeri açılacaq

Dövlət başçısının yerli istehsalın gücləndirilməsi və yeni iş yerlərinin açılması istiqamətində verdiyi tapşırığa uyğun olaraq, ənənəvi sahələrdən olan pambıqçılığın inkişafı perspektivləri pambıq istehsalı və emalı ilə məşğul olan müəssisələrin nümayəndələri ilə müzakirə edilib.

 

Mediatv.az İqtisadiyyat Nazirliyindən verilən məlumata əsasən xəbər verir ki, bu sahəyə marağın daha da artırılması məqsədilə stimulaşdırma tədbirləri həyata keçiriləcək, fermerlərə güzəştli kreditlərdən və aqrolizinq xidmətlərindən daha geniş istifadə imkanları yaradılacaq.

Bundan başqa, pambıq istehsalı və emalı müəssisələri daşıma xərclərini qarşılayacaq və istehsal xərclərinin 90%-i emalçılar tərəfindən avans olaraq veriləcək.

Pambıq istehsalı və emalı müəssisələri satınalma qiymətini 2016-cı ildə əvvəlki illə müqayisədə əhəmiyyətli dərəcədə artırmaqla, pambığın birinci növünün bir tonunu 500 manata, ikinci növünün bir tonunu 470 manata, üçüncü növünün bir tonunu 440 manata, dördüncü növünün bir tonunu isə 400 manata qəbul edəcəklər.

Ümumilikdə, 2016-cı ildə əvvəlki ildəkindən 80% çox - 30 min hektar sahədə pambıq əkilməsi və 70 min ton xam pambıq tədarük edilməsi planlaşdırılır.

"Stimullaşdırma tədbirləri, pambıq əkini sahələrinin artırılması bu sahədə 15 mindən çox yeni iş yerinin açılmasına, pambıqçılıq sahəsində çalışanların sayının ötən illə müqayisədə 2 dəfəyə yaxın artmasına imkan verəcək" -, Nazirlikdən bildirilib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024