Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (16-09-2016, 17:36)
Azərbaycan bu il avtomobil idxalını 6 dəfə azaldıb

Azərbaycan bu il avtomobil idxalını 6 dəfə azaldıb

 

 

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycana 3 454 ədəd avtomobil idxal edilib.
 
Mediatv.az xəbər verir ki, "Report"un Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, 2015-ci illə müqayisədə 17 693 ədəd yaxud 83,67% (6,1 dəfə) azdır.
Məlumata görə, sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 632 ədəd yaxud 92,13% (12,7 dəfə) azalaraq 54 ədəd olub.
Əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 15 840 ədəd yaxud 84,16% (6,33 dəfə) azalaraq 2 981 ədədə düşüb.
DGK-nın hesabatında deyilir ki, yük daşımaq üçün motorlu nəqliyyat vasitələrinin idxalı 2015-cü ilin ilk 8 ayına nisbətən 1 095 ədəd yaxud 76,20% (4,2 dəfə) azalaraq 342 ədədə enib.
Qurum, həmçinin xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxal sayında da azalma olduğunu elan edib. Belə ki, 2015-cü ilə nisbətən 2016-cı ildə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı 126 ədəd yaxud 62,07% (1,61 dəfə) azalaraq 77 ədədə bərabər olub.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025