Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (17-06-2015, 14:41)
Avtomobil bazarının iflası davam edir

 

Azərbaycana avtomobil idxalı iki dəfədən çox azaldı
 
Dövlət Gömrük Komitəsinin hesabatında bildirilir ki, 2015-ci ilin Yanvar-May ayları ərzində Azərbaycana 15 495 ədəd nəqliyyat vasitəsi idxal olunmuşdur. Bu da, 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 15081 ədəd və ya 49,3% azdır. 2014-cü ilin ilk 5 ayında 30 576 ədəd avtomobil idxal olunmuşdu. 
 
2015-cü ilin Yanvar ayında ölkəmizə 4090 ədəd, Fevral ayında 3421 ədəd, Martda 2524 ədəd, Apreldə 2855 ədəd, Mayda 2605 ədəd nəqliyyat vasitəsi idxal olunmuşdur.  
 
2015-ci ilin Yanvar-May ayları ərzində 497 ədəd sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri (avtobuslar), 13 912 ədəd minik  avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 952 ədəd yük daşımaq üçün motorlu nəqliyyat vasitələri və 134 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri idxal olunmuşdur.
 
CƏMİ 2172 MİNİK AVTOMOBİLİ GƏTİRİLİB
 
Minik avtomobillərinin idxalında vəziyyət daha pisdir, bu avtomobil biznesinin tənəzzülə doğru getdiyinə işarə edir. Belə ki, 2015-ci ilin Yanvar-May aylarında 2014-cü ilin eyni dövrü ilə müqayisədə minik avtomobillərinin idxalı 13532 ədəd və ya 49,3% azalıb.
 
2015-ci ilin Yanvar ayında 3870, Fevral ayında 3161 ədəd, Mart ayında 2225 ədəd, Apreldə  2484 ədəd, Mayda isə 2172 ədəd minik avtomobili idxal olunub.
 
 Qeyd edək ki, nəqliyyat vasitələrinin idxalının daha böyük nisbətdə azalmasının qarşısını Birinci Avropa Oyunları ilə əlaqədar avtobusların idxalının artması alıb. Ötən ilin eyni dövrü ilə müqayisədə avtobus idxalı 346 ədəd və ya 3,3 dəfə artıb.
 
Keçən ilin eyni dövrü ilə müqayisədə yük avtomobillərin idxalı 65,2% azalıb. Əgər 2014-cü ilin Yanvar - May aylarında 2 765 ədəd yük avtomobili idxal olunmuşdusa, bu ilin 5 ayında cəmi 952  ədəd yük avtomobili idxal olunub.
 
NƏ ÜÇÜN AZALIR?
 
Ekspertlər bildirirlər ki, avtomobil idxalının azalması Avro 4 standartına keçid, kreditlərin sərtləşdirilməsi və aksiz vergisinin dərəcələrinin artırılması ilə bağlıdır.
 
Ölkəmizə 2012-ci ildə 101 255 ədəd, 2013-cü ildə isə 104385, 2014-cü ildə 63368 ədəd avtomobil idxal olunmuşdur.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024