Cəmiyyət (8-09-2016, 15:15)
«AKİF ÇOVDAROV QƏLƏT EDİR!» - Tağı Əhmədov
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və nəqliyyat sahələrində təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət əməllərinin, qanunsuz addımlarının sayı bitib-tükənmək bilmir və bir-bir üzə çıxmaqda davam edir.
Mediatv.az xəbər verir ki, belə cinayət əməllərindən biri də onun vaxtı ilə Bakı Metropoliteninin rəisi, hakim Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının sədri Tağı Əhmədovdan 3 milyon rüşvət almasıdır. Bu əməlini təbii ki, keçmiş nazir Eldar Mahmudovun xəbər olmadan etməsə də, gözüdoymazlığı ilə ad çıxaran A.Çovdarov “səxavətli” T.Əhmədovu nə az-nə çox, düz 3 milyon “tərlədib”.
Bu məsələ barədə aylardır yazılsa da, T.Əhmədov susmağa, mediadan qaçmağa çalışır. Bu günlərdə isə məlum olub ki, A. Çovdarov T. Əhmədovla üzləşmək istəyir.
Bununla bağlı Gununsesi.info-nun əməkdaşı T.Əhmədovun özünə telefon açıb. O, Çovdarovun üzləşmək təklifinə “yox” cavabını verib.
Eyni zamanda, qısaca “Akif Çovdarov qələt edir” – deyərək , telefonun dəstəyini asıb.
