Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət / Slayd (23-04-2016, 13:11)
Akif Çovdarov Tağı Əhmədovu təhdid edərək 3 milyon manat alıb

tagi ehmedov mtn akif covdarov azpolitika sayti

Generalın vaxtilə əmlakını ələ keçirdiyi şəxslər onu ifşa etdi

Mediatv.az xəbər verir ki, sabiq MTN rəhbəri Eldar Mahmudovun yaratdığı mütəşəkkil dəstənin əsas simalarından biri olan Akif Çovdarovla istintaq hərəkəti aparılıb.

Keçmiş baş idarə rəisi vaxtilə hədə-qorxu ilə əmlakını ələ keçirdiyi şəxslərlə üzləşdirilib. Moderator.az-ın məlumatına görə, 8 saata yaxın davam edən üzləşmədə iş adamları Akif Çovdarovu bir daha ifşa ediblər.
Xatırladaq ki, Akif Çovdarov da daxil olmaqla MTN-nin rəhbərliyində təmsil olunan yüksək vəzifəlilər vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, ağlasığmaz cinayətlər törədib. Eldar Mahmudovun “vurulması” ilə MTN rəhbərliyinin ali zabit heyətinə daxil olan 20-dən artıq şəxs həbs edilib.

****

Bu haqda virtualaz.org saytı da hüquq-mühafizə orqanlarındakı mənbələrdən məlumat əldə edib.
Məlumata  əsasən bir gün əvvəl, aprelin 22-də A.Çovdarov Səbael rayonunun keçmiş icra hakimiyyəti başçısı Mübariz Məmmədovun qardaşı, Binəqədi bələdiyyəsinin keçmiş sədri, habelə Səbael rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin indiki rəhbəri Hafiz Aberkatovla üzləşdirilib. Həmin şəxslərin adı Çovdarov və MTN-dəki mütəşəkkil cinayətkar qruplaşmanın işində zərərçəkən kimi keçir. Çünki Çovdarov onlardan hədə-qorxu və təhdid yolu ilə iri məbləğlərdə pul qoparıb.

Ən maraqlı epizod isə Çovdarovun haqqında Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədovun şikayətidir. İstintaq orqanlarındakı mənbənin bildirdiyinə görə T.Əhmədov A.Çovdarovun cinayətkar əməllərindən şikayət edərək bildirib ki, təhdidlər və təzyiqlər qarşısında ona 3 milyon manat verməyə məcbur olub.

Gözlənilir ki, yaxın günlərdə Tağı Əhmədov da Akif Çovdarovla üzləşdiriləcək. Məlumata görə T.Əhmədov şikayətində göstərib ki, Çovdarov onu şantaj edib və həbslə hədələyib, habelə bütün yaxın qohumlarına, o cümlədən Nizami rayon məhkəməsində hakim işləyən kürəkəninə qarşı repressiv addımlar atacağını bildirib.

A.Çovdarov çoxsaylı cinayət əməllərində,o cümlədən qanunsuz azadlıqdan məhrum etmə, hədə-qorxu yolu ilə başqasının əmlakını ələ keçirmə kimi cinayətlərdə ittiham olunur.Onun əməllərindən zərər çəkən sahibkarların bir qismi hüquq-mühafizə orqanlarına şikayət edib və iş üzrə zərərçəkən kimi tanınıblar.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024