Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (7-03-2016, 12:36)
Deputatın qohumu saxlanıldı: AKİF ÇOVDAROVA GÖRƏ

Nəriman Əliyevin bacısının əri tutulub, millət vəkilinin özü isə istintaqda dindirilib


70 saylı Masallı şəhər Seçki Dairəsindən deputa seçilmiş Nəriman Əliyevin başı bəladadır. JAM.AZ xəbər verir ki, millət vəkilinin üzləşdiyi problemin baiskarı isə Akif Çovdarovdur. 

Bir sıra cinayətlərdə ittiham olunan MTN-in keçmiş generalı Çovdarovla Nəriman Əliyevin ortaq bizneslərinin olması istintaqa sonradan məlum olub. İşin ən tərs tərəfi isə məlum olaylardan sonra deputat şərik olduğu biznesdən əldə etdiyi gəlirin bir hissəsini də elə keçmiş generalın adamlarına göndərirmiş. Bu azmış kimi, Çovdarovun Əliyevlə biznesini idarə edən adamı da faktiki olaraq işinin başındadır. 

JAM.AZ-a daxil olan məlumata görə, Nəriman Əliyevin Akif Çovdarovla əlaqələri üzə çıxdıqdan sonra istintaqa çağrılıb. Bir müddət əvvəl Baş Prokurorluğa dəvət edilən deputat orada bir neçə saat saxlanılıb. İfadə verdikdən sonra isə sərbəst buraxılıb. Lakin onun biznesinə rəhbərlik edən bacısının həyat yoldaşı isə həbs olunub. Ona qarşı hansı maddə ilə ittiham irəli sürüldüyü hələlik məlum deyil. 

Mənbələr bildirir ki, deputatın qohumunun saxlanılması üzrə qaldırılmış cinayət işinin «MTN İşi»ylə birləşdiriləcəyi ehtimal olunur. Çünki onun saxlanılmasının bilavasitə Akif Çovdarovla əlaqəli olduğu artıq dəqiqləşib. 

Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq. 

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024