Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (4-08-2016, 15:35)
22 min abituriyent tələbə adını qazanıb

TQDK

 

“Artıq bu vaxta kimi 21 915 abituriyent ali təhsil müəssisələrinə ixtisas seçimi edib. Onlardan 19 852-si Azərbaycan, 2063-ü isə rus bölməsinin məzunlarıdır”.

Mediatv.az APA-ya istinadən xəbər verir ki, Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK)verilən cavabda bildirilib.

Qeyd olunub ki, ixtisas seçimi edənlər arasında I ixtisas qrupunun abituriyentləri üstünlük təşkil edir. Belə ki, I qrup üzrə 8079, II qrup üzrə 6149, III qrup üzrə 5698, IV qrup üzrə isə 1989 abituriyent ixtisas seçimi edərək təhsil alacağı ali məktəbi müəyyənləşdirib.

Qeyd edək ki, 2016-2017-ci tədris ili üçün I-IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında 78 545 abituriyent iştirak edib və onlardan 34 385 nəfər (43,8%) 200-dən yuxarı bal toplayaraq ixtisas seçimində iştirak hüququ qazanıb. Ali təhsil müəssisələrinə ixtisas seçimi iyulun 29 başlayıb və avqustun 10-u saat 23:59-da başa çatacaq. İxtisas seçimi etməyən abituriyentlər müsabiqəyə buraxılmayacaq.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025