Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (29-07-2016, 17:15)
Nazirlikdən çörəyin qiyməti ilə bağlı AÇIQLAMA

 

Nazirlikdən çörəyin qiyməti ilə bağlı

 

İqtisadiyyat Nazirliyi çörəyin qiymətinin artması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Mediatv.az xəbər verir ki, Nazirliyin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev azvision.az-a açıqlamasında deyib ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında mütəmadi olaraq monitorinqlər aparılır.

"Qanunvericiliyə görə çörək dövlət tərəfindən tənzimlənən məhsulların siyahısına daxil deyil. Bununla belə Dövlət Xidməti tərəfindən aparılan monitorinqlər zamanı çörəyin qiymətində artım qeydə alınmayıb. Əgər çörəyin qiymətində dəyişiklik baş versə, səbəbləri araşdırılacaq". 

Qeyd edək ki, sosial şəbəkələrdə çörəyin qiymətinin bahalaşması və 30 qəpiklik çörəyin 40 qəpiyə, 40 qəpiklik çörəyin isə 50 qəpiyə satılması ilə bağlı məlumalatlar yayılıb.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025