Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət / Slayd (27-07-2016, 14:32)
Heç kəsə “MTN” kimi can verməyi arzulamıram...

Heç kəsə “MTN” kimi can verməyi arzulamıram...

 

MTN-də nə baş verdi? Şübhəsiz, bu tarixin qapalı səhifəlrindən biri olaraq qalacaq. Sonra sular durulacaq.

 

 Araşdırmalar zamanı belə bir məlumata rast gəldim: dünyanın bir sıra ölkəsində (dəxli yoxdur, istər sivil olsun, istər olmasın) şərəfsiz, ləyaqətini itirən, xalqını, millətini, dövlətini, mənsub olduğu ölkənin başçısını... və nəhayət ailəsini ağılagəlməz işlərilə pis vəziyyətdə qoyan, ancaq var dövlət və sərvət yığmaqla məşğul olan, əxlaqsız generalları “əbədiləşdirmək” üçün onların adlarına ayaqyolu açırlar. Məsələn, Fransada Müsyo Kuis Fon adına ayaqyolu Nigeriyada Səid Əbdül Kahahab Lazem adna ayaqyolu. Amerikada Ceyms Mark Tiqer adna ayaqyolu... və s.

Neçə gün öncə əyləşib MTN generallarından birinin övlad toyuna baxırdım. Video çarxdakı bəzəkli-naxışlı stolların biri ilə (mənim fikrim) ən azı kasıbın, yoxsulun bir sünnət toyunu etmək mümkün olardı. Amma, toy böyü toy idi.

Diqqətimi çəkən eks-nazir Eldar Mahmudov və onun başına yığışan, dörd bir yandan onu dövrələyən generallar idi. Nə az, nə çox, on beş general idi. Söz deməyə, Eldar Mahmudovun sağlığına tost deməyə özlərinin şərəf işi hesab edən “general-dostların” çıxışları da maraqlı idi. Biri “tost”unu vərəqdən oxuyurdu, biri əzbərləməyə çalışırdı. (Mərhum Qoqolun “Müfəttiş”indəki Çiçikov yadıma düşdü). Kəşfiyyat generallarından biri deyirdi ki, eks-nazir Eldar Mahmudov tapıntıdır. Biri deyirdi Eldar müəllim peyğəmbər kimi adamdır. Biri deyirdi Eldar Mahmudov Azərbaycanın gözüdür. Bir başqası da pıçıldayırdı ki, Eldar Mahmudov onun üçün əlçatmaz zirvədir... Badələr bir-bir dolub, boşaldıqca, sağlıqlar qızışırdı. General rütbəsi almağa növbə gözləyən bir başqasının isə lap gözləri dolmuşdu...

(Allah keçsin günahımdan, daha nələr görmədim). Eks nazir isə bütün sağlıqlara qulaq asır, gülümsəməklə işini bitmiş gesab edirdi. Sonda dikəldi. Badəsini qaldırıb, dedi:

-Mən bu badəni, ölkə başçısının, onun ailəsinin şərəfinə qaldırıram. Bu badəni şəxsən Ali Baş Komandanın sağlığına qaldırıram...

Maraqlı idi. Videokaseti studiyaya gətirən toy sahibinin oğlu isə, ayağını yerə dirəmişdi ki, nəyin bahasına olursa-olsun eks-nazirin kadrları, onun və ailəsinin toyda iştirakını göstərən kadrları kəsilib, çıxarılsın. Çünki o “general qırığı” nazirliyin Akademiyasında təhsil alırdı. Canına qorxu dolmuşdu. Operator general balasının arzusunu yerinə yetirdi. Eks nazirin kadrları videodan çıxarıldı. Amma bir səhnəni operator çıxara bilmədi. Təsvirə baxın: General balasının atasının Eldar Mahmudov toya girərkən... onun qarşısında neçə dəfə əyilib-durması göz deşirdi. Axırda da bu bədnam, cibində Fətullah Gülənin şəklini gəzdirən general videoda göstərilir ki, əyilib eks nazirin ayaqqabısının açılan bağlarını necə bağlayır... (Bu da təzə çəkiliş idi. MTN-də yarınmağın, yaltaqlığın həddi aşdığından mən bunu adi sayıram).

Mənim üçün maraqlı olduğundan bu generalların dünənini, bu gününü, lap sabahını da araşdırmaqla məşğulam. Bunlar necə gəldilər, hardan peyda oldular və necə də uçub getdilər. Həyat və fəaliyyətləri sabun köpüyündən, hay-küydən ibarət olan tarixə və insanlığa yamaq və yük olan bu generalların hər biri haqqında kifayət qədər deyim var. Eks nazir Eldar Mahmudovun yetirmələri olan bu saxta generalların həyatları da özləri kimi saxta olaraq qalır.

Baş verən olaylardan sonra MTN generallarından ikisi qoşalaşb ölkə başçısına on iki səhifəlik faciəni xatırladan bir məktub göndərirlər. “Qara məni basınca, mən qaranı basım...” prinsipilə yazılan bu böhtan dolu məktubda generallar yazır: “...Eldar Mahmudov zalım adamdı. Ən böyük rüşvət və korrupsiya mənbəyidir. (Məktubda olduğu kimi yazıram). MTN dağılır. İş-filan yoxdur. Ancaq rüşvət yığmaq var. Adamları bu qədər də incidərlər? MTN-də hr şey var. Amma kəşfiyyat və əks-kəşfiyyatdan başqa... Təhlükəsizlikdən başqa hər şey...” Eks-nazir Eldar Mahmudov mənəvi dəyərlərini eyş-işrət salonlarında, bar və kazinolarda, Fətullah Gülənin, Abdul Vahabahın bayraqları altında... Azərbaycan övladlarını hərraca qoyan komandasının – küçə uşaqlarının onun üçün yaratdıqları “hər şey”də azıb, qaldı. İlk baxışda adama elə gəlirdi ki, eks-nazirin hər şeyi var. Əslində məlum oldu ki, heç nəyi yoxdur. Amma öz canını yığdıqları milyonların hesabna bir təhər qurtaran generallar var və bu gün onlar da sakit həyat tərzini əsas götürüb, bir tərəfə çəkilib, xımı-xımı yaşayırlar. Gözləyirlər ki, zülm və əzabla qurulmuş bu dövlətin zəif yeri daha hansı tərəfdədir.

Bəzən ifrata varırıq. Həqiqəti dərk etmədən yazırıq. Amma həqiqətlərdən biri budur ki, Azərbaycan MTN eks-nazir Eldar Mahmudova qədər ac və kasıb olub... Əməkdaşların əksəriyyəti, (dəqiq rəqəm: 67 faizi evsiz-eşiksiz, torpaqsız, bağsız olub). Məhz onun təyinatından sonra MTN-nin uzun illər ev gözləyən, mənzil həsrətində olan zabit və əsgərləri mənzillərlə, torpaq sahələri ilə təmin olundular və s...

Mən general gördüm sinəsini kürsüyə verib, eks-naziri təpədən-dırnağadək söyüb, abırdan salır. (Eldar Mahmudov isə onu nimdaş pencəklə, dizləri sürtülüb getmiş şalvarla... “yapon başmaqları” işə... qəbul etmişdi. Çörək vermişdi. Adam bilib, işə, vəzifəyə qoymuşdu. (Amma kimi, nə üçün?) Axırda da əyninə layiq olmadığı libası “general” libasını geyindirmişdi. Ev-eşik sahibi, bağ-bağça, villa... (daha nələrin) sahibi etmişdi. Bütün bunlar kimin üçün idi, cənab eks-nazir?..

Və yaxud başqa bir generalın da eks-nazirlə çəkdirdiyi şəkillərə, kitablara, dəftərlərə od vurub, yandırdığının şahidi oldum. O, qışqırırdı, haray salırdı: “...Eldar Mahmudov bizi məhv etdi... Özü bir şey deyildi, bizi də yaman günə qoydu...” Təhlil edən: Vaxt var idi bu MTN generalı, haray salan bu qırmızıyanaq adam, Fətullah Gülənə “imam” deyən bu saxtakar, simasında görünür Eldar Mahmudov da yaxşı tanıya bilməmişdi. İndi onun hər şeyi var; həm daxildə və həm də sərhədlərdən kənarda... İnsanları döyə-döyə, söyə-söyə var dövlət, sərvət yığan bu MTN generalı hazırda ən yüksək maaşın həcmilə təqaüdə çıxd. (?) Çıxın, Onsuz da yığdığınız sərvət kimi, aldığınız təqaüd də haramdır. O haram ki, hələlik sizin üçün şirin gəlir... Vaxt, zaman olar, sizin də adınızı əbədiləşdirən tapılar...

Dəqiq təhlilə keçsək, hələ heç kəs bilmir MTN-də nə baş verdi? Ölçüb, biçsək keçmiş prezident yanında Xüsusi İdarənin törətdiyi cinayətlər, saysız-hesabsız özbaşınalıq, rüşvət, insanlara verilən işgəncələr, yalan məlumatlar, ölüm halları, səriştəsizlik... vicdansızlıq, talançılıq, MTN-dən beş dəfə, on dəfə artıq olub... Yenə sual çıxır: MTN-də nə baş verdi? Şübhəsiz, bu tarixin qapalı səhifəlrindən biri olaraq qalacaq. Sonra sular durulacaq. Və görəcəksiz ki, Eldar Mahmudovu bu hala salan onun kötüyü olmayan, əsilsiz və nəsilziz... işə götürdüyü, çörək verdiyi adamlar, general “dostları” oldu. (Dost seçəndə gərək yüz dəfə ölçüb, bir dəfə biçəsən. Amma bu da xeyir etmir. Satqınlıq, xainlik, nəfsə qul olmaq... xislətimizə çöküb). Bu da yadıma düşdü ki, bu generalların diktəsi ilə KİV səhifələrinə ötürüldü ki, eks nazir Eldar Mahmudov intihar edib... (?)

Hətta utanmadan, həya etmədən bir general bir yazar dostuna 50 manat verdi ki, yazsın: “Eks-naziri boynuna ip salarkən gördüm...” (?) Və yaxud bir başqası yazır ki, Eldar Mahmudov 2.800 videosu ilə birgə sərhəddi keçərkən yaxalanıb... Biri onu öldürdü, biri onu diriltdi, biri qaçırtdı, biri zəhər içirtdi... Bəziləri onu hətta şəhərdə taksi sürən görüb, toyda şabaş verəndə görüb.

Amma bir nəfər olmadı ki, desin: Bizə həqiqəti deyin, cənablar, MTN-də nə baş verib?..

Amma bir fakt aydındır. Bu gün ekz-naziri satan da məlumdur. Onu heçə endirən də məlumdur. Bu gün ölkənin təhlükəsizliyini bərbad günə qoyanlar da məlumdur.

Onu da xatırladım ki, Azərbaycan MTN-yi məhz onun vaxtında Avropa standartlarına xas olan yüksək kəşfiyyat texnikası ilə, texniki avadanlıqla təmin olunub. Müasir dünyanın Kəşfiyyat Sistemində özünün yeni strategiyası ilə (Azərbaycan DİN-nin orqanları da eyni xətti götürmüşdü) birincilər srasına çıxmışdı. Sadəcə kadr... kadr... yenə kadr... bütün işləri məhv etdi.

Azərbaycanda təhlükəsizlik sisteminin dağılmasına birinci ingilis mətbuatı sevindi. (?) Onun ardınca ermənilər... sonra Vatikan... Səriştəsiz kadr... üstəgəl canavar nəfsi...

Millətin canından hələ çıxmayıb. Düşünürəm: Görən mən nə vaxt müdrik, vicdanlı, ağıllı və ləyaqətilə sayılıb-seçilən generalımdan yazı yazacam. Nə vaxr?..

Bu arada İraqda nəşr olunan qəzetlərin biri yazırdı ki, Azərbaycanda MTN generalı Səddam Hüseynin brilliantdan düzəldilən qəlyanına və saatına kifayər qədər pul verib. Ölkə başçısını aldadıb, təhlükəsizliyimizi heçə endirən generalların bir qismi isə özlərini Qəddafiyə bənzədirlər.

Çox həqiqət var ki, onu dərk edəndə o dərdə çevrilir. Amma ətrafında nələrin baş verdiyini dərk etmədən yaşamaq da insanı ləyaqətsiz və vicdansız edir...

Amma sizdən xahişim var. Fransaya yolu düşən generallara... məmurlara məsləhətim də budur: O yerlərə gedərkən, balaca, tünd göy rənglə rənglənmiş general Luis adına ayaqyoluna baş çəkin... Ən azından heç kəsə “MTN” kimi can verməyi arzulamıram...

 

 

Rövşən Novruzoğlu 

Xeberinfo.com

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024