Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (26-06-2016, 20:27)
Ağcabədidə tank mərmisi aşkarlandı

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri iyunun 26-da Ağcabədi rayonunun Minəxorlu kəndində əkin sahəsində partlayış yerinə baxış keçiriblər. Nəticədə bir ədəd partlamamış hərbi sursat – “9M22U” (Qrad) raketinin döyüş başlığı aşkar edilərək götürülüb. Ümumilikdə 3 min kvadratmetr ərazi yoxlanılıb.

 

Mediatv.az-a ANAMA-nın mətbuat xidmətindən verilən məlumata görə, qurumun ekspertləri, həmçinin rayonun Muğanlı kəndi ərazisində, Qar-Qar çayı sahilində bir ədəd partlamamış hərbi sursat – “BK14-M” 125 millimetrlik tank mərmisi aşkarlayıblar. Daşınması mümkün olmadığı üçün mərmi partlayış yolu ilə məhv edilib. Nəticədə 12 min kvadratmetr ərazi yoxlanılıb.

Ümumiyyətlə, ANAMA tərəfindən aprelin 7-dən iyunun 26-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Qazax, Samux, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 619 ev və həyətyanı sahəyə, 2 hərbi hissəyə, 2 kənd qəbiristanlığına, 5 kənd orta məktəbinə, 1 tibb məntəqəsinə, 26 fermaya, əkin sahələrinə və çaxır zavodu ərazisinə baxış keçirilib. Nəticədə 1551 partlamamış hərbi sursat, piyada əleyhinə 14 mina, o cümlədən 3 “POMZ-2” və tank əleyhinə 8 mina aşkarlanaraq zərərsizləşdirilib.

Hazırda Agentliyin xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərlə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı, məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
8 05 2025
8 05 2025
8 05 2025
8 05 2025
8 05 2025
8 05 2025
8 05 2025
8 05 2025
8 05 2025
8 05 2025
8 05 2025
8 05 2025
8 05 2025
8 05 2025
8 05 2025