Cəmiyyət (21-06-2016, 13:52)
Hacıqabulda Dini radikalizmlə bağlı növbəti tədbir keçirildi - FOTOLAR
21.06.2016-cı il tarixində Hacıqabul rayon Heydər Əliyev Mərkəzində “Dini radikalizmə qarşı mübarizə” mövzusunda tədbir keçirildi.
Mediatv.az xəbər verir ki, tədbir rayonun bütün idarə, təşkilatlarının rəhbərləri və nümayəndələrinin iştirakı ilə Mərkəzin Kino zalında keçirildi.Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyəti başçısının müavini Zeynab Əsgərova açdı və qeyd etdi ki, gənc, yeniyetmə və dərin savadı olmayan insanları dinin pərdəsi altında, özləri də fərqində olmadan yoldan çıxaran radikal qrumlarla mübarizə aparmaq bütün ziyalıların borcudur. Sonra tədbir iştirakçıları Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təqdimatında “Fitnə” sənədli filminə tamaşa etdilər.Sonda tədbir iştirakçılarından rayon Ziyalılar Cəmiyyətinin sədri Şükür Məmmədov, rayon İcra Hakimiyyətinin əməkdaşı, dini qurumlarla işin təşkilatçısı Elvin Şıxəliyev və başqaları çıxış edib öz fikirlərini bölüşdülər, rayonun bir sıra kəndlərində bu sahədə işlərin daha diqqətdə saxlanılması və “Fitnə” sənədli filminin daha geniş auditoriyalarda nümayişinin təşkil olunması nəzərdə tutuldu.
Aytən Zülfəliyeva
Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin direktoru