Mədəniyyyət (27-05-2016, 17:36)
Kürdəmir rayonunda “Fitnə” filminin nümayişi keçirilib - FOTOLAR
Mayın 27-də Kürdəmir Rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Gənclərin radikal təsirlərdən qorunması” mövzusunda tədbir keçirilib.
Mediatv.az xəbər verir ki, “Fitnə” filminin nümayişi ilə başlayan tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəsilə Əsgərli, müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, Kürdəmir rayonunda yerləşən N saylı hərbi hissənin zabit və əsgərləri, təhsil işçiləri, orta məktəblərin yuxarı sinif şagirdləri, dini icma sədrləri və gənclər iştirak ediblər.
Çıxış edən natiqlər “Fitnə” filminin nümayişinin gənclərin maarifləndirilməsi, milli-mənəvi dəyərlərimizə bağlılığının gücləndirilməsi, ölkəmizdə mövcud tolerant mühitin qorunması və təbliği baxımından böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıblar.
Tədbirdə gənclərimizin radikal dini cərəyanların təsiri altına düşməməsi və bu istiqamətdə məlumatlandırılmasının təmin edilməsi üçün bu tipli maarifləndirici filmlərin çəkilməsinin və istiqamətləndirici tədbirlərin daha çox keçirilməsinin əhəmiyyəti diqqətə çatdırırlıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.