Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (4-06-2016, 22:15)
Nazir 10 məmura şiddətli töhmət verdi

Bu gün kənd təsərrüfatı nazirliyində "Taxıl biçininin qısa müddətdə və itkisiz yığımının təşkili ilə bağlı qarşıda duran vəzifələr"ə həsr olunmuş respublika müşavirəsi keçirilib.

 

Mediatv.az xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən azvision.az-a verilən məlumata əsasən, müşavirədə Kənd Təsərrüfatı Nazirliyinin, Rayon Kənd Təsərrüfatı İdarələrinin, "Aqrolizinq" ASC-nin və onun regional nümayəndəliklərinin rəhbərləri iştirak ediblər.

Müşavirəni giriş sözü ilə açan nazir Heydər Əsədov son dövrlərdə ölkəmizdə kənd təsərrüfatı sahəsində həyata keçirilən institutsional islahatlar, ölkə rəhbərliyinin aqrar sahəyə göstərdiyi diqqət və qayğı, aqrar sahənin inkişafı ilə bağlı son dövrlərdə qəbul olunmuş qərar və sərəncamlar, həmçinin hökumət tərəfindən kənd təsərrüfatının müxtəlif sahələrinə ayrılan subsidiyalar, ixracın stimullaşdırılması barədə gürülən tədbirlər, eyni zamanda torpaqlardan istifadənin səmərəliliyinin artırılması, istifadəsiz torpaqlara vergi uçot dərəcəsinin artırılması, sünu mayalama işlərinin həyata keçirilməsinin sürətləndirilməsi, heyvandarlıqda möhkəm yem bazasının yaradılması, suvarma sistemlərinin yenidən qurulması ilə bağlı geniş məlumat verib.

Bildirilib ki, cari ilin taxıl yığımı mövsümündə respublika üzrə cəmi 927,4 min ha sahədə payızlıq taxıl biçini nəzərdə tutulub. Ondan 344 min ha arpa, 583 min ha buğda sahələri təşkil edir ki, bu da keçən illə müqayisədə 42 min ha payızlıq buğda sahəsi çoxdur. Artıq may ayının 25-dən aran bölgələrində arpa biçini başlanmış və məhsuldarlıq hektardan 30-35 sentner təşkil edir. Biçinə hazırlıqla əlaqədar olaraq respublikada mövcud olan taxılyığan kombayn parkının dislokasiyası müəyyən edilib və biçin qrafiki tərtib edilib.

Cari taxıl biçini mövsümündə 2400-dən artıq taxılyığan kombayn biçinə cəlb olunacaqdır. Mövcud olan kombaynlar tam saz vəziyyətə gətirilmiş, bölgələr üzrə taxılın yetişmə ardıcıllığı nəzərə alınmaqla kombaynların rayonlararası hərəkət qrafiki tərtib edilib.

Bununla yanaşı regional nümayəndəliklərin istifadəsində olan 500-dən artıq taxılyığan kombayn biçin kampaniyasında iştirak edəcəkdir.

Çıxış edən Aqrolizinq ASC-nin sədri Elşən Məmmədov rəhbərlik etdiyi qurumun son dövrlərdə fəaliyyəti barədə məlumat verib, həmçinin ayrı-ayrılıqda hər bir rayon Aqroservis rəhbərinin texnikaların və kombaynların biçinə hazırlıq vəziyyəti və dislokasiyası ilə bağlı məlumatları dinlənilib.

Yekunda nazir Heydər Əsədov təbliğat işinin genişləndirilməsi, taxıl biçininin qısa müddətdə və itkisiz aparılması, yanğından mühafizə işinin təşkili, subsidiyaların verilməsində şəffaflığın təmin edilməsi, lizinq xidmətlərinin vaxtında aparılması, gübrələrdən istifadə ilə bağlı Rayon Kənd Təsərrüfatı İdarələrinə və Aqroservis rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələr verib.

Müşavirədə Aqrolizinq ASC-nin sədrinə töhmət, sədr müavininə şiddətli töhmət, həmçinin işdə ciddi nöqsanlara yol verdiyinə görə Bərdə, Ağsu, Oğuz, Ağcabədi, Şamaxı, Hacıqabul, Gədəbəy, Yevlax Aqroservis rəhbərlərinə şiddətli töhmət və sonuncu xəbərdarlıq edilib, Cəlilabad və Gəncə regional nümayəndəliklərinə töhmət verilib, işlərini günün müasir tələblərinə uyğun qura bilmədiklərinə görə lizinq ödənişlərinin yığımı üzrə regionlarla iş üzrə sektorun yeddi region üzrə ştat vahidi ləğv edilərək, mərkəzi aparatda struktur dəyişikliyinin aparılması məqsədəuyğun hesab olunub.

шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024