Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (3-06-2014, 19:16)
“Aqrolizinq”in verdiyi texnikanı yoxlamaq üçün komissiya yaradıldı

Kənd Təsərrüfatı Nazirliyi Gəncə Avtomobil Zavodunda istehsal edilən və “Aqrolizinq” ASC tərəfindən fermerlərə verilən traktorları yoxlatdırmaq üçün komissiya yaradıb


Bu barədə virtualaz.org saytına nazirlikdən məlumat verilib.

Xəbərdə deyilir ki, “Aqrolizinq” ASC tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarının və aqroservis filiallarının istifadəsinə verilən traktorların işini yoxlamaq üçün respublikanın bütün bölgələrində monitorinqlərin keçirilməsi məqsədilə monitorinq qrupu yaradılıb. Mütəxəssislər traktorların istismarı müddətində baş vermiş nasazlıqların və onların yaranması səbəblərinin müəyyənləşdiriləcəklər.

Komissiyanın tərkibinə Kənd Təsərrüfatı Nazirliyinin, “Aqrolizinq” ASC-nin, Azərbaycan və Lənkəran Dövlət Maşın Sınaq stansiyalarının və Gəncə Avtomobil Zavodunun mütəxəssisləri daxil edilib. Monitorinq zamanı traktorların  istifadə  olunduğu müddət, mexanizatorların  peşəkarlığı, göstərilən texniki servis xidmətinin səviyyəsi və ehtiyat hissələrinin təchizatı ilə bağlı vəziyyət araşdırılacaq.

Qeyd edək ki, son günlər Baş Prokurorluq “Aqrolizinq”də mənimsəmələrlə bağlı məlumatlar yayıb.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024