Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (8-06-2015, 20:56)
Taxıl biçininə hazırlıq yekunlaşır

Murtuzəli Hacıyev: «Nazirliyimizin və «Aqrolizinq» ASC-nin əməkdaşları rayonlarda texnikaların bölüşdürülməsi istiqamətində fəaliyyətə başlayıblar»

Payızlıq taxılın səpilməsi məqsədilə 2014-cü ilin payızında 2015-ci ilin məhsulu üçün təmiz herik şumu da daxil etməklə 1016,9 min hektar sahədə şum qaldırılıb. 875,7 min hektarda dən üçün payızlıq taxıl səpilib.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev «Həftə içi»nə bildirir ki, 875,7 min hektarın 537,2 min hektarını buğda, 338,4 min hektarını arpa təşkil edir. Onun dediyinə görə, taxıl sahələri aqrotexniki qaydalara uyğun becərilib, gübrə və bitki mühafizə vasitələrindən istifadə ümumilikdə qənaətbəxş olmasa da, əkinlərin vəziyyəti yaxşıdır. Hazırda taxıllar çiçəkləmə inkişaf mərhələsindədir: «Taxıl biçininin mütəşəkkil həyata keçirilməsi üçün artıq biçinlərə start verilib. Bunun üçün «Aqrolizinq» ASC-nin respublikamızda fəaliyyət göstərən 12 nümayəndəliyi üzrə 55-ə yaxın rayon servisinin rəhbərləri, Kənd Təsərrüfatı Nazirliyin müvafiq qurumlarının yerlərdəki idarə və şöbələrinin vəzifəli şəxslərinə lazımi gözstərişlər verilib. Hazırda nazirliyimizin və «Aqrolizinq»in əməkdaşları rayonlarda texnikaların bölüşdürülməsi istiqamətində fəaliyyətə başlayıblar. Ötən il taxıl biçini 25 günə yekunlaşıb. Bu ildə də bu kampaniyanın optimal müddətdə başa çatdırılmasına çalışırıq. Biz taxılçılıq təsərrüfatlarının sahiblərinə və fermerlərə müraciət etmişik ki, mövcud olan, eləcə də dövlət vəsaiti hesabına xarici ölkələrdən alınmış və yüksək texniki parametrlərə malik kombaynlardan səmərəli istifadə etməklə taxıl biçini vaxtında və itkisiz həyata keçirilməli, təlükəsizlik tədbirlərinə, əməyin mühafizəsi məsələlərinə diqqət artırılmalı, lizinqlə alınmış kombaynların ödənişləri ilə bağlı heç bir ləngimələrə yol verilməməlidir».
Xidmət rəhbəri vurğulayır ki, taxıl istehsalı ölkənin ərzaq təhlükəsizliyində strateji əhəmiyyətə malikdir və tarla bitkilərinin əkin dövriyyəsinin 60-65 faizinin taxıl bitkilərinin payına düşür. Ona görə də ölkənin ərzaq təhlükəsiliyi baxımdan kənd təsərrüfatı bitkilərinin seleksiyası, toxumçuluğu və becərmə texnologiyası sahəsində tədqiqat işlərinin aparılması, qlobal istiləşmənin nəticəsi kimi meydana çıxan müxtəlif stres amillərə davamlı bitki sortlarının yaradılması və istehsalçıların istifadəsinə verilməsi əsas vəzifələrdəndir: «Taxıçılıqda məhsuldarlığın artırılması, toxumçuluğun inkişaf etdirilməsi ilə ölkədə taxıla olan tələbatı ödəmək olar. Kənd təsərrüfatı məhsulları istehsalçıları vergilərdən azad edilib. Əkin sahələrinin becərilməsində istifadə olunan yanacaq və motor yağlarına görə istehsalçılara hər hektar üçün 50 manat, buğda və çəltik istehsalçılarına isə əlavə olaraq daha 40 manat subsidiya verilir. Fermer və sahibkarlara güzəştli şərtlərlə kredit, toxum, gübrə, texnika, damazlıq mal-qara almaq imkanı yaradılıb. Fermerlərin nəzərinə çatdırmaq istəyirəm ki, taxıl istehsalının artırılmasında alaq otlarına qarşı mübarizə tədbirləri xüsusi əhəmiyyət kəsb edir. Bunu nəzərə alaraq «Aqrolizinq» ASC-nin anbarlarındakı 2.4 D Amin duzu herbisidinin fermerlərə güzəştli qiymətlərlə satılması barədə təklifləri Nazirlər Kabineti tərəfindən məqsədəmüvafiq hesab edilib. Fermerlər həmin herbisidi «Aqrolizinq»in rayon aqroservis filiallarından 50 faiz güzəştli qiymətlərlə, yəni 1 litrini 2 manat 25 qəpiyə əldə edə bilərlər. Herbisidin bir hektar sahəyə məsarif norması 1,6 litr, manat ekvivalenti ilə isə 3 manat 60 qəpikdir».

 

 

шаблоны для dle 11.2

Xəbər lenti
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025