Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət / Karusel (21-04-2014, 23:15)
YAP üzvündən Apelyasiya Məhkəməsinin hakiminə 15 min manat rüşvət ittihamı

 

Şaban İbrahimov İlqar Murquzovdan prezidentə şikayət edib

 

Yardımlı rayon Horavar kənd sakini İbrahimov Şaban Rəhim oğlu “Yeni Müsavat” qəzetinə müraciət edərək şikayətini yuxarı orqanlara çatdırmaq üçün kömək istəyib.

Şikayətçi onun oğlu Azər İbrahimovun qanunsuz həbs olunduğunu və Bakı Apelyasiya Məhkəməsinin hakimi İlqar Murquzovun ondan 15 min manat pul tələb etdiyini bildirir.

Şaban İbrahimov 4 ildir ki, başına gələnlər və oğlunun həbsi ilə bağlı bunları deyib: “23 dekabr, 2011-ci il tarixində oğlum Azər İbrahimovu qanunsuz olaraq Nəsimi Rayon Polis İdarəsi 22-ci polis bölməsinin əməkdaşları həbs ediblər. Ona Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci (soyğunçuluq və quldurluq) maddələri ilə cinayət işi açıblar. Guya o, başqasının gödəkcəsini oğurlayaraq qaçıb. Mən işi aparan müstəntiqin yanına gedib vəziyyətlə maraqlandım. Gördüm ki, oğlum tam günahsızdır.

Bundan sonra bütün aidiyyəti orqanlara şikayət etdim. Hətta Bakı şəhər prokurorunun müavini Faiq müəllimin qəbulunda da olmuşam. O, mənə oğlumun günahsız olduğunu söylədi. Mənim oğlumun işi üzərində üç müstəntiq dəyişib. Hətta üçüncü müstəntiq “Mənim vicdanım, uşaqlarım var. Mən bu insan haqqında qanunsuz qərar çıxara bilmərəm” sözlərini deyəndə özüm eşitmişəm. Dərhal müstəntiqi yenidən dəyişdilər.

Sonra işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərdilər. Hakim Rasim Sadıqov mənə dedi “vicdanıma and olsun ki, işə ədalətli baxacam”. O, oğlumu zaldan 1000 manat cərimə etməklə azadlığa buraxdı. Bundan sonra prokuror “mən ona 12 il iş istəmişəm” deyə qərara öz iradını bildirdi və protest verdi. İş Bakı Apelyasiya Məhkəməsinə getdi. Məhkəmə 1000 manatı 500 manatla əvəz etdi və işi təsdiq etdi.

Bundan sonra isə işə Ali Məhkəmədə baxıldı. Hər şey də bundan sonra başladı. Məhkəmə işi yenidən Apelyasiya Məhkəməsinə qaytardı. 8 aydır ki, məhkəmə gedir. Hakim İlqar Murquzov daim mənə “sənin oğlunun  günahı yoxdur” deyirdi. O, məndən yalançı zərərçəkənləri gətirməyimi istədi. Çox gülməli vəziyyətdir. Sanki mən polisəm. Öz işimin xatirinə o insanları da tapıb gətirdim. 8 ay ərzində bu insanların məhkəməyə gətirilməməsi hər şeyin açıq-aşkar sübutundan xəbər verir”.

Şaban İbrahimov onu qeyd edir ki, bu il aprelin 3-də Apelyasiya Məhkəməsində keçirilən prosesdə hakim İlqar Murquzov ondan 15 min manat pul tələb edib: “8 aydır ki, oğlumun günahsız olduğunu deyən hakim aprelin 3-də konkret mənə “sənin oğlunu həbs etdirəcəm” dedi. Elə zənn etdi ki, əvvəlki hakimlər məndən pul alaraq o hökmü çıxarıblar. Konkret məndən 15 min manat pul istədi və verməyəcəyim təqdirdə oğlumu həbs etdirəcəyini söylədi. Hazırda da məhkəmə getmir. Oğlum hər an həbs ediləcəyi günü gözləyir. Zərərçəkmiş yalan ifadə verdiyinə görə qorxusundan məhkəməyə gəlmir. Mənim oğlum oğru deyil. Hadisə olandan iki gün sonra şikayət edilib ki, guya oğlum zərərçəkmişin gödəkcəsini oğurlayıb. Çox gülməlidir. Zərərçəkmiş də oğlumun yanında olan oğlan olub. Oğlum onunla yox, dostu ilə gödəkcələrini dəyişiblər. Səhəri gün də bir-birinə qaytarıblar. Hələ də anlaya bilmirəm bu nə işdir ki, başıma gəlib”.

Şikayətçi ölkə prezidentinə müraciət etdiyini bildirdi: “Hakim məndən 15 min manat pul istəyəndən sonra məcbur olub prezidentimizə müraciət ünvanladım. Özüm 1992-ci ildən YAP-ın Yardımlı rayon təşkilatının üzvüyəm. İlham Əliyev də partiyamızın sədridir. Mənə 15 min manatı versin, mən də o məbləği hakimə verim. Prezidentə, onun xanımına, baş prokurora, Ədliyyə Nazirliyinə, Konstitusiya Məhkəməsinə və başqa dövlət orqanlarına dəfələrlə müraciət etmişəm. Mənə cavab belə verən yoxdur. Xahiş edirəm ki, mənə kömək etsinlər. Oğlumun işinə ədalətli baxılsın. Oğlumun 9 ay ərzində günahsız olduğu halda həbsdə saxlanmasını da onlara bağışlayıram. Təki bundan sonra oğlum yanımda olsun”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024