Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (3-05-2016, 16:33)
Bu səlahiyyət Nəqliyyat Nazirliyindən alınmayıb - Açıqlama

 

“Dünən və bu gün Nazirlər Kabinetinin 52 nömrəli qərarındakı dəyişiklik bəzi informasiya portallarında yanlış olaraq izah olunub”. 

Mediatv.az saytı xəbər verir ki, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəhbəri Şəfa Mehmanqızı məsələnin əslini izah edib:

“Dəyişikliyə əsasən, bundan sonra Bakı, Sumqayıt və Gəncə şəhərlərində yalnız şəhərdaxili sərnişindaşımaya münasibətdə sifarişçi qismində müvafiq olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi, Sumqayıt Şəhər icra Hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi və Gəncə Şəhər İcra Hakimiyyəti yanında Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi çıxış edirlər.

Ümumilikdə isə, avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarsı (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqəni (Bakı, Sumqayıt və Gəncə şəhərlərinin şəhərdaxili sərnişindaşıması istisna olmaqla) Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi həyata keçirir”.

O qeyd edib ki, əvvəllər bütün ölkə ərazisindəki sərnişindaşımalarına daşıyıcıların cəlb olunması Nəqliyyat Nazirliyinin səlahiyyətində idi:

“Dəyişiklikdən sonra Bakı, Sumqayıt və Gəncənin yalnız şəhərdaxili marşrutlarda sərnişindaşımaya daçıyıcıların cəlb olunmasını müsabiqə yolu ilə adını qeyd etdiyim qurumlar həyata keçiriəcək. Digər bütün regionlar, eləcə də beynəlxalq sərnişindaşıma və s. məsələlər yenə də Nəqliyyat Nazirliyinin səlahiyyətindədir”.

Modern.az

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024