Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (29-03-2014, 15:01)
Ziya Məmmədovun qoçuları ilə sürücülər yenidən əlbəyaxa oldu

 

Nəqliyyat Nazirliyi müfəttişləri və Post Patrul Xidməti əməkdaşları qeyri-qanuni sərnişindaşıma ilə məşğul olan “Ford” markalı mikroavtobuslara qarşı reyd keçiriblər. Həmin maşınlar Sumqayıt avtovağzalından deyil, sərnişinləri şəhərdaxilindən “20 Yanvar” metrostansiyasının yaxınlığına qədər daşımaqla məşğul olurlar ki, bu da şəhərlərarası sərnişindaşıma qaydalarını pozulması deməkdir. Reyd zamanı sürücülərdən bəziləri qanuni saxlama əmrinə tabe olmayıb. 
Saxlanılan sürücülərlə müfəttişlər arasında mübahisə də yaranıb. Onlardan bəziləri hətta sərnişindaşıma ilə məşğul olmadıqlarını iddia edibdilər. 
Sürücülər arasında hətta sürücülük vəsiqəsi olmayanlar da var idi. 

Saxlanılan maşınlardan sərnişinlər boşaldıldıqdan sonra cərimə meydançasına aparılıblar.

Şəhərlərarası sərnişindaşıma ancaq “vağzal” dan “vağzala” prinsipi ilə həyata keçirilir. Amma “Ford” markalı avtobuslar bu prinsipi pozur. Avtomobil nəqliyyat xidmətinin 8 saylı Sumqayıt regional MMC-nin Avtobuslarla iş şöbəsinin rəisi Əhməd Rüstəmov isə bildirib ki, istər sərnişinlər, istərsə də sürücülər bilməlidir ki, hər kəs qanun çərçivəsində fəaliyyət götərməlidir. Yəni avtobuslar bir qayda olaraq Sumqayıt avtovağzalından Bakı Beynəlxalq Avtovağzalına qədər hərəkət edə bilər. Əks təqdirdə onların fəaliyyətinə icazə verilməyəcək.

Qeyd edək ki, bu cür fəaliyyətlə məşğul olan avtobusların sürücüləri üçün 100 manat məbləğində cərimə nəzərdə tutulur. Nazirlik rəsmisi ümumilikdə qeyri-qanuni sərnişindaşıma ilə məşğul olan 30-a yaxın avtobusun müəyyən edildiyini bildirib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024