Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (3-05-2016, 15:12)
Azərbaycanda sığınacaqlar birliyi yaradılır

Azərbaycanda sığınacaqlar şəbəkəsi yaradılır.

Mediatv.az xəbər verir ki, bu barədə virtualaz.org saytına “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib. Onun sözlərinə görə, şəbəkədə sığınacaqlar arasında qarşılıqlı əməkdaşlıq əsasında ümumi məlumat bazası yaradılacaq.

M.Zeynalova bildirib ki, Azərbaycanda fəaliyyət göstərən QHT nəzdində olan sığınacaqlar çətin həyat şəraitində olan, məişət zorakılığı, insan alveri və zorakılığın digər formaları ilə üzləşmiş şəxslərin müəyyən edilməsi və onların sığınacaqla təmin edilməsi; çətin həyat şəraitində olan şəxslərin ehtiyaclarının qiymətləndirilməsi; çətin həyat şəraitində olan şəxslərin reabilitasiyasının (hüquqi, psixoloji, tibbi) həyata keçirməsi məqsədilə bir araya gələrək şəbəkə yaradıblar. Yeni yaradılan şəbəkə həm də çətin həyat şəraitində olan şəxslərin reinteqrasiyası (peşə bacarıqlarının artırılması, iş yerlərinin tapılması); xidmətlərin monitorinqi, effektiv nəticənin təqdimatı; o cümlədən, çətin həyat şəraitində olan şəxslərin effektiv reabilitasiyasını həyata keçirmək, ölkə üzrə reabilitasiya proqramlarının modelini formalaşdırmaq, reabilitasiya proeseslərində çəkilən xərclərin minimuma endirilməsi məqsədi daşıyır.

Bura “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi, Azərbaycan Uşaqları İctimai Birliyi, “Təmas” Regional İnkişaf İctimai birliyi, Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyi və Azərbaycan Miqrasiya Mərkəzi daxildir.

Mayın 1-də iki il müddətinə birgə Əməkdaşlıq Memorandumuna imza atılıb. Memoranduma əsasən, tərəflər informasiya mübadiləsi, resurslar və kadr mübadiləsi, qurbanların maraqlarının daha effektiv müdafiəsini təmin etmək məqsədi ilə öz aralarında razılıq əldə edib və gələcək fəaliyyət proqramlarını tərtib ediblər.

Qeyd edək ki, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinə il ərzində 300-dən çox qadın müraciət edir. Azərbaycan Uşaqlar Birliyi İctimai Birliyinə isə həm polis, həm də valideynlər tərəfindən baxımsız uşaqlar gətirilir. Sığınacaqların vahid məlumat bazası yaradılandan sonra problemli insanlara hərtərəfli kömək mümkün olacaq.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024