Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (15-02-2015, 13:19)
Çətin yaşayan ailələrə şad xəbər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial cəhətdən həssas qruplardan olan uşaqlarla bağlı vahid məlumat bazası yaradacaq

 

Mediatv.AZ bildirir ki, bu barədə virtualaz.org saytına nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev məlumat verib.
E.Babayev bildirdi ki, vahid məlumat bazasında sağlamlıq imkanları məhdud olan, çətin həyat şəraitində və sosial təhlükəli vəziyyətdə yaşayan, penitensiar müəssisələrdən azadlığa çıxan, aztəminatlı ailələrdə və digər həssas qruplardan olan uşaqlarla bağlı məlumatlar toplanacaq. Həmin uşaqların yerləşdikləri regionlar barədə məlumatlar da bazada əksini tapacaq.
“Məqsəd bu məlumat bazasından istifadə olunmaqla sosial xidmətlərə ehtiyac duyan uşaqların əhatə dairəsinin, sosial sifarişlər üzrə göstəriləcək sosial xidmətlərin həmin uşaqların kateqoriyalarına və ehtiyaclarına uyğun konkret istiqamətlərinin müəyyən edilməsidir. Məlumat bazası uşaqların sosial xidmətlərə ehtiyaclarının ölkənin regionları üzrə dəqiq xəritələşdirilməsinə də yardım edəcək. Bu da sosial sifarişlər əsasında icrası nəzərdə tutulan layihələrin respublikanın bölgələri üzrə obyektiv və məqsədyönlü şəkildə müəyyən olunmasına imkan verəcək” - deyə E.Babayev bildirdi.
Xatırladaq ki, nazirliyin sosial xidmətlər üzrə elan etdiyi müsabiqələrdə qalib gəlmiş layihələr əsasında respublikanın müxtəlif bölgələrində günərzi qayğı və reabilitasiya mərkəzləri, sığınacaqlar yaradılıb. Sağlamlıq imkanları məhdud və ya çətin həyat şəraitində olan 1500-dən çox uşaq, eləcə də onların ailələri sosial xidmətlərlə əhatə olunub.
шаблоны для dle 11.2

Xəbər lenti
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025