Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (29-04-2016, 13:47)
Ermənilər azərbaycanlı deputatın evini dağıtdılar - Fotolar

 

“Ermənilərin raketlərdən açdığı atəş nəticəsində Ağdamın Eloğlu kəndindəki ana evimiz, yəni anamın anasının-nənəmin evi dağıdılıb, yararsız hala salınıb”.

Mediatv.az xəbər verir ki, bu sözləri Modern.az saytına 83 saylı Ağcabədi-Füzuli seçki dairəsinin deputatı Aqil Abbas deyib.

Aqil Abbasın sözlərinə görə, nənə evini özü təmir etdirmək istəyir:

“Dövlət ilk növbədə daha çox ehtiyacı olan insanların evlərini təmir etdirsin. Çalışacam ki, nənə evimizi təmir edim. Təbii ki, belə evləri dövlət təmir edir. Evə gedib baxanda dövlət rəsmiləri də mənimlə idilər. 
Bizim həyətə gedəndə Ağcabədinin və Ağdamın icra basçışına dedim ki, “mənim evimi təmir etdirmək vacib deyil, siz ilk növbədə daha çox ehtiyacı olan, başqa sakinlərin dağılmış evlərini təmir etdirin. Dedim ki, evimizi özüm təmir etdirərəm”.

Deputat deyib ki, ötən gün şiddətli atışmalar nəticəsində Ağdamın Eloğlu, Çəmənli, Əfətli, Zəngişalı, Mahruzlu, Əhmədağalı kəndlərinə düşmən raket və qradlardan, iri çaplı silahlardan atəş açıb. Bir çox evləri yararsız hala düşüb. 

“Sarıcalı kəndində orta məktəbi raketlərdən, qradlardan elə günə salıblar ki, külünü göyə sovurublar. Həmin saatlarda böyük xoşbəxtlikdən orada dərs olmayıb. Əgər Allah eləməsin, həmin gün o məktəbdə dərs olsaydı, 1 nəfər də şagird və ya müəllim sağ çıxa bilməzdi.

Ağcabədinin Qaraxanlı kəndinə sırağa gün 50 raket düşüb. Bayat, Hacılar kəndləri erməni səngərinin burnunun ucundadır. Ermənilərin atəş nöqtəsindən Qaraxanlı və Bayat kəndlərinə 15-20 kilometr məsafə var. İndi görün ki, ermənilər hansı növ raketlərdən atəş açıblar ki, həmin raketlər kəndləri məhv edib”.

Aqil Abbasın sözlərinə görə, atılan raketlərdən biri qonşuluqdakı evin düz içinə düşüb. 

“Bir raket də həyətin artırma hissəsinə düşüb. Xoşbəxtlikdən həmin an divarlar aşmamışdı evi saxlayıb. İnsanlar hamısı həyətdə olub və divarlar da qəlpələrdən onları qoruyub.

Ağdamın Hacılar kəndində Heydər piri var. Seyid ocağı olan o kəndə 13 qrad mərmisi düşüb və 7-si partlamayıb”.

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024