Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (27-04-2016, 15:49)
Kürdəmir SMM-də özbaşınalıq pik həddə- YENİ İDDİALAR

 

Şikayətçilər bildirirlər ki, mərkəzin direktoru yerli poçt və Kapital Bank fililallarıyla birlikdə şəbəkə formalaşdırıb 

“Biz sizə Kürdəmir rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi direktor Asif Abdullayev və onun işçiləri ilə bağlı təcili və təxirəsalınmaz tədbirlər görülməsini tələb edirik”.

Mediatv.az xəbər verir ki, bu sözləri JAM.AZ-a bir qrup Kürdəmir rayon sakini adından Mətanət Əzizova yazıb. 
O bildirib ki, mərkəzin direktoru və işçiləri "qırmızı xətti" çoxdan keçiblər. “Amma siz hələ də bu neqativ halları görməzlikdən gəlirsiniz. Ölkə prezidentinin məlum fərmanı ilə ünvanlı sosial yardımın verilməsi avtomatlaşdırılsa da, Kürdəmir rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində heç nə dəyişməyib. Korrupsiya yenə də qalmaqdadır. Məgər, siz bunları görmürsünüz? Bizdə olan məlumata görə Asif Abdullayev nazirliyin yuxarı vəzifəli şəxslərinə "haqq" verir. O üzdən nazirlik onun hərəkətlərinəgöz yummaqda davam edir”. 
Mətanət Əzizova JAM.AZ-a yazır ki, mərkəzin işçiləri, başda director Asif Abdullayev, inspektorlar Ramin Mürsəlov, Hamil Hidayətov, Nemət İsmayılov "öz yeni qaydaları" ilə işləyirlər. Və təbii ki, dəllallar da iş başındadırlar. Onların adları bizə məlumdur. Lazım gələrsə, açıqlaya bilərik”. 
Kürdəmir sakini bildirir ki, Asif Abdullayev öz xidməti kabinentində vətəndaşlara qarşı qeyri-etik davranışı ilə seçilir. “Tez-tez də “mən Səlim Müslümovun kadrıyam, arxamda o dayanıb mənə heç kim heç nə edə bilməz” deyib, vətəndaşlara hədə-qorxu gəlir. Rayonda ünvanlı sosial yardıma ehtiyacı olan bəzi aztəminatlı ailələr bir kənarda qalıb. Elə yoxsul ailələr var ki, onlar ünvanlı sosial yardım almaq üçün müvafiq sənədləri dəfələrlə yeni qaydalara əsasən Əhalinin Sosial Müdafiəsi Mərkəzinə təqdim ediblər. Amma mərkəzin işçiləri onların sənədlərində müəyyən çatışmazlıqların olduğunu bəhanə edərək, geri qaytarıblar. Halbuki rayonda yaşayışı yaxşı olsa da, ünvanlı sosial yardım alan kifayət qədər ailə var”.
Şikayətçilər sonda vurğulayırlar ki, hazırda rayonda Əhalinin Sosial Müdafiəsi Mərkəzi , “Azərpoçt”un yerli şöbəsi və Kapital Bankın filialindan ibarət yeni maxinasiya şəbəkəsi formalaşıb. “Onların fəaliyyəti barədə məlumatlara sahibik. Yaxın zamanda həmin məlumatları da təqdim edəcəyik. Həmçinin mərkəzdə vətəndaşlara verilən birdəfəlik müavinətlər sahəsində də qanunsuzluqlar baş alıb getməkdə davam edir”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024