Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (26-04-2016, 15:33)
Üç villalı məmur araşdırılacaqmı? - Daşkəsəndə

Daşkəsənin şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Nüsrət Vəliyevdan narazılıq var.

 

Mediatv.az xəbər verir ki, sakinlərin Vizual.az-a verdiyi məlumata görə, Nüsrət Vəliyev dövlət pullarını öz biznesinə sərf edir. Rayon sakinləri qeyd edir ki, N.Vəliyevə əlavə imtiyazlar verilib.

Bu imtiyazları icra başçısı Əhəd Abıyevin tərəfindən qazanıb. Onun sağ əli sayılan və rayondakı maxinasiyalarda xüsusi rolu olan Vəliyevin fəaliyyəti araşdırıla bilər. Sakinlərin sözlərinə görə, Hesablama Palatasının yoxlaması kifayət edir ki, onun nöqsanlarını aşkar etsinlər.

Belə ki, icra nümayəndəsi Bakı, Gəncə və Qazaxda villalar tikdirib. Daşkəsənin mərkəzində isə 3 mənzil alıb, saysız-hesabsız mülklərə sahiblənib. İcra nümayəndəsinin varidatı barədə növbəti yazımızda daha ətraflı məlumat verəcəyik.

Qeyd olunur ki, Daşkəsən problemlər girdabında boğulur, əhalinin sosial çətinlikləri həllini tapmır, abadlıq-quruculuq işləri aparılmır. Amma məmurlar şəxsi bizneslərini inkişaf etdirmək üçün can-başla fəaliyyətdədir.

Ümumiyyətlə, Daşkəsəndə məmur zülmü ərşə dirənib. Ucqar dağ bölgəsinin sakinləri rayon rəhbərliyinin özbaşınalıqlarından və əhaliyə qarşı qanunsuzluqlardan bezib. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024