Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (18-11-2015, 15:18)
General Çovdarovun kriminal həyatı

 

Son günlər medianın manşetini “bəzəyən” MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi, general Akif Çovdarovun bütün həyatı kriminal əməllərlə doludur. 

Mediatv.az xəbər verir ki, “azadliq.info” Çovdarovun həyatı və cinayət əməlləri barədə maraqlı informasıya yayıb. Xəbərdə bildirilir ki, Akif Çovdarov 70-80-ci illərdə milis məktəbinə daxil olmaq istəsə də, gözündə qüsura görə bu sevdası baş tutmayıb. Az sonra o, ƏdliyyəNazirliyində həbsxanalar üzrə inspektor vəzifəsində çalışıb.

Bir qədər işlədikdən sonra Volqoqrada gedib və orada rüşvət müqabilində milis məktəbinə daxil olub. Akif Çovdarov Volqoqraddan qayıtdıqdan sonra yenidən ədliyyə sistemində işə düzəlib. Bu dəfə o, 2 saylı cəzaçəkmə müəssisəsində rejim inspektoru vəzifəsində çalışıb. Bildirilir ki, Akif Çovdarovun məhbuslara zülmü o həddə çatıb ki, onun yerini 10 saylı cəzaçəkmə müəssisəsinə dəyişiblər. 1985-ci ilə qədər burada işləyib. Daha çonra daxili işlər orqanlarında işə düzəlib. Buradan da qanunsuz əməllərinə görə çıxarılıb.

Eldar Mahmudov MTN-ə rəhbər gələnə qədər işsiz qalıb. Eldar Mahmudov nazir təyin ediləndən sonra Akif Çovdarov MTN-ə işə götürülüb və həbsxanaların kurasiyası ona tapşırılıb. Mədət Quliyev Penitensiar Xidmətin rəhbəri təyin olunduqdan sonra Akif Çovdarov bu sahədən uzaqlaşdırılıb. Bu məsələyə görə Eldar Mahmudovla Mədət Quliyevin arasında gərginlik yaşanıb.

Məlumatlarda bildirilir ki, Nazim Ələkbərov Penitensiar Xidmətin rəisi olan dövrdə Akif Çovdarov əslən Maştağadan olan kadrlarından birini 1 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyinə gətirib. Az sonra həmin şəxsin atası kriminal zəmində qətlə yetirilib. Akif Çovdarov adamına atasının qətlə yetirən şəxsdən qisas almaq üçün şərait yaradıb. Çovdarovun adamı atasının qatilinin boğazını kəsməyə cəhd edərkən ona ağır xəsarət yetirib. Akif Çovdarovun əli ilə bu iş də ört-basdır edilib. Və bundan sonra Nazim Ələkbərovla Akif Çovdarov arasında qarşıdurma olduğu bildirilir.

Qeyd edək ki, A. Çovdarova qarşı irəli sürülən ittihamlar da onun xüsusi xidmət deyil, kriminal bir dəstənin rəhbərliyində olduğunu sübut edir. Çovdarov 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 311.3.1 (Rüşvət alma (passiv rüşvətxorluq), qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 311.3.2 (Rüşvət alma (passiv rüşvətxorluq) təkrar törədildikdə), 311.3.3 (Rüşvət alma (passiv rüşvətxorluq) külli miqdarda törədildikdə), 311.3.4 (Rüşvət alma (passiv rüşvətxorluq) hədə-qorxu tətbiq olunmaqla törədildikdə) maddələri ilə ittiham olunur.

Bundan başqa, onun barəsində Cinayət Məcəlləsinin 145.3-cü (Qanusuz azadlıqdan məhrum etmə, iki və ya daha çox şəxsə qarşı törədildikdə; təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadına qarşı törədildikdə; yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə; bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə; zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə; silahdan yaxud silah kimi istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə, bu əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə də cinayət işi açılıb.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024