Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (15-04-2016, 13:32)
Vəkil Mehman Səlimova bəraət verilməsini istədi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 1995-1999-cu illərdə müdafiə nazirinin müavini olmuş Mehman Səlimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Mediatv.az xəbər verir ki, Virtualaz.org saytının məhkəmədə iştirak edən müxbirinin verdiyi məlumata görə, məhkəmədə Müdafiə Nazirliyinin nümayəndəsi dövlətə dəymiş 1 milyon 205 min 265 manat məbləğində ziyanın ödənilməsi ilə bağlı iddianın təmin edilməsini xahiş edib.

Mühman Səlimovun vəkili Könül Əliyeva çıxış edərək müdafiə etdiyi şəxsin barəsində bəraət hökmünün çıxarılmasını istəyib. O, bildirib ki, bu müddət ərzində müdafiə etdiyi şəxslə bağlı tikinti və maliyyə ekspertizalarının keçirilməsi üçün vəsatət qaldırsa da, vəsatət təmin olunmayıb.

“İş üzrə Müdafiə Nazirliyinin qaldırdığı iddia təmin oluna bilməz. Çünki bununla bağlı heç bir sübut yoxdur. M.Səlimov qanunsuz sahibkarlıqda, mənimsəmədə ittiham olunur. Onun barəsində sübutlar da ziddiyyətlidir. Bu düzgün deyil, ona bəraət verilməlidir”.

Vəkil həmçinin qeyd edib ki, müdafiə etdiyi şəxsi Azərbaycanda hamı tanıyır və ölkəmizin dar günlərində Gəncədə böyük bir dəstəni girovluqdan azad edib.

K.Əliyeva həmçinin qeyd edib ki, M.Səlimovun səhhətində problemlər var, hipertoniyadan, şəkərli diabetdən əziyyət çəkir və hazırda Penitensiar Xidmətin müalicə müəssisəsində müalicə alır. Azərbaycanda müharibə ilə əlaqədar dövlət başçısına döyüşlərdə iştirak üçün müraciət edib.

Vəkil M.Səlimov haqqında hökm çıxarılarkən onun xidmətlərinin də nəzərə alınmasını istəyib və bildirib ki, belə bir şəxsi qanunsuz mənimsəmədə ittiham etmək ədalətsizlikdir.

Növbəti məhkəmə prosesi aprel ayının 22-də keçiriləcək və Mehman Səlimova son söz veriləcək.

Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı M.Səlimovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. Qeyd edək ki, 1995-1999-cu illərdə müdafiə nazirinin siyasi və ictimai işlər üzrə müavini vəzifəsində işləmiş Mehman Səlimov 2014-cü ilin noyabr ayında həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 192.2.2 (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir eldə etməklə törədildikdə), 213.2.2 (külli miqdarda vergi ödəməkdən yayınma), 308.2. (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024