Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət / Slayd (11-04-2016, 11:11)
İcra başçısının heykəl biznesi – Şikayət

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevin başı heykəllərə və lazımsız arkolara qarışıb, əhalini isə unudub.

Mediatv.az xəbər verir ki, Xaçmaz şəhərinin kanalizasiya xətləri dəyişdirilir, lakin Qobuqıraq adlananan yeni yaşayış massivində bu iş aparılmır. Bunu Xaçmaz rayonundan Söhrab Əmrahov yazıb. Qeyd edək ki, yaşayış masivinin problemləri haqda həyəcan təbili çalan Söhrab Əmrahov son seçkilərdə Xaçmazda Müsavat Partiyasından deputatlığa namizəd olub.

Məktubda deyilir:

"Qobuqıraq kənd əhalisinə pay torpaqları ətrafındakı torpaqlarından vermədilər, başqa ərazidən verdilər ki, həmin torpaqlar şəhərin gen planına daxildir. Doğrudan da 120 hektar olan bu sahənin sotunu 300–400 manatdan tezliklə satdılar. Amma bu yeni yaşayış massivinin nə yolunu düzəltdilər, nə də suyunu, işığını, qazını verdilər. 15 ildən çoxdu ki, bu ərazidə torpaqlar satılıb, amma burada insanların adi yaşayış problemlərini düşünən yoxdur. Mən bu ərazidə yerləşən 20 il üstü açıq qalan məktəb haqqında dəfələrlə əlaqədar təşkilatlara müraciət etsəm də, heç bir tədbir görülməyib.

İndi şəhərin kanalizasiya xətləri dəyişdirildiyi halda, bu ərazini yənə unudublar. Bu işin bir neçə il əvvəl plana salınmasına baxmayaraq, rayonun icra başçısı bunu etmir.

Bu ərazinin ətrafındakı Çənlibel adlanan parka son illər ərzində milyonlarla pul xərcləyiblər. Bura əcaib heykəllər qoyub, lazımsız arkolar tikiblər. Amma nə burda yaşayanların rifahını nə də məktəbi düşünən var.

Beləliklə, kanalizasiya xətlərinin çəkilmədiyi və qazla təchiz olunmayan bu yaşayış məntəqəsi xəstəlik mənbəyinə, Xaçmazın zibil qutusuna çevrilib. Xaçmazın ölüləri də bu ərazidə basdırılır. Şəhərin zibili, hele üstəgəl zavodun zibili birbaşa burda olan qobuya buraxılır. Burda yaşayan əhaliyə olan bu düşmən münasibət hardandır?

Xahiş edirəm ki, bununla bağlı əlaqədar təşkilatlar qarşısında məsələ qaldırılsın və icra başçısının diqqətini parklardan ayırıb, bu sahəyə yönəltmək üçün tədbirlər görülsün”.

Bastainfo.com

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024