Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (23-06-2015, 23:42)
Dəmir yolu ətrafındakı tikililərin taleyi hələ də məlum deyil

Nadir Əzməmmədov: "Nazirlər Kabineti tikililərin sökülməyəcəyi barədə qərar verərsə, xətt və dirəklər köçürülə bilər"

"Biləcəri qəsəbəsindəki 1 May yaşayış massivində dəmir yolunun mühafizə zolağındakı tikililərdən, orada yaşayan insanları gözləyən təhlükələrdən xəbərdarıq. Doğrudan da dəmir yolunun mühafizə və sanitar zolağında uzun illərdən bəri bu cür problemlər var. Ancaq normativ aktlara görə, xüsusi mühafizə zonası ərazisində hər hansı digər təsərrüfat fəaliyyəti qadağandır". 
"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov "Həftə içi" qəzetinin ötən sayında dərc olunmuş "Elektrik xətlərinin gərginlikdə saxladığı məhəllə" adlı məqalədə səsləndirilən fikirlərə münasibət bildirərkən belə deyib. Onun sözlərinə görə, uzun müddətdir Nəqliyyat Nazirliyindən razılıq almadan təkcə 1 May yaşayış massivində deyil, Biləcəri qəsəbəsində, "Şanxay" adlanan məkanda və digər yerlərdə dəmir yolunun mühafizə və sanitar zolağında xeyli sayda obyekt tikilib: "Bununla bağlı apardığımız araşdırmaların yekunlarına əsasən, respublika üzrə dəmir yolunun mühafizə zolağında 2840 qeyri-qanuni tikili var. Onlardan 538-i qeyri-yaşayış, 2302-i isə yaşayış sahəsidir. Nəqliyyat Nazirliyinin müvafiq komissiyası 881 evin sökülməsini təxirəsalınmaz hesab edib. Komissiya bütün sənədləri Nazirlər Kabinetinə göndərib".
Nadir Əzməmmədov 1 May yaşayış massivində yaşayan sakinlərin elektrik xətlərinin və dirəklərinin dəmir yolu xəttinin kənarına köçürülməsi ilə bağlı müraciətlərinə baxılmamasına da münasibət bildirib: "Dəmir yolu təsərrüfatının balansında olan elektrik dirəkləri və elektrik xətləri qanunsuz tikililərin həyətlərindədir. Təbii ki, həmin xətlər bu evlərdə yaşayan sakinlərin həyatı üçün ciddi təhlükə yaradır. Ancaq Nazirlər Kabinetinin həmin tikililərlə bağlı hansı qərarı verəcəyi məlum deyil. Digər tərəfdən, biz elektrik xətlərinin və dirəklərinin yerlərini özbaşına dəyişdirə bilmərik. Bu, dəmiryolu stansiyasının elektrik təsərrüfatındakı texnoloji göstəricilərin pozulması ilə nəticələnə bilər. Əgər Nazirlər Kabineti tikililərin sökülməyəcəyi barədə qərar verərsə, o zaman elektrik dirəklərinin və yüksək gərginlikli elektrik xətlərinin başqa ərazilərə köçürülməsi məsələsini gündəmə gətirilə bilər".
Xatırladaq ki, bu yaxınlarda Biləcəri qəsəbəsindəki 1 May küçəsində yüksək gərnginlikli elektrik xətlərinin altında çardaq işləri görən Rami Həsənov elektrik naqilinə toxunub və dərhal dünyasını dəyişib. Belə bir bədbəxt hadisə sakinlərdən biri telefon xəttini düzəltmək üçün işıq dirəyinə çıxarkən baş vermişdi. Bu cür bədbəxt hadisələrin sayının artacağından qorxan sakinlər aidiyyəti dövlət orqanlarına müraciət edərək evlərin həyətlərində olan elektrik dirəklərinin və elektrik xətlərinin yaşayış məkanlarından aralı məsafəyə, Bakı- Sumqayıt dəmiryolu xəttinin kənarına köçürülməsini xahiş ediblər. Lakin göründüyü kimi, aidiyyəti qurumlar hələ də Nazirlər Kabinetinin qərarını gözləyirlər.

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024