Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (8-04-2016, 21:36)
​Sahibkarlığa Kömək Milli Fondunda nöqsanlar aşkarlanıb

pul oliqarx azpolitika.info

 

Hesablama Palatasının 2015-ci il İş Planına uyğun olaraq Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) vəsaitlərinin formalaşması və istifadə vəziyyətinə dair təhlil aparılıb.

Mediatv.az xəbər verir ki, Analitik təhlil SKMF-nın vəsaitlərinin Azərbaycanın sosial-iqtisadi inkişafının prioritet istiqamətlərinə uyğun olaraq qeyri-neft sektorunun inkişafına təsir imkanlarını, o cümlədən iqtisadi inkişafın təmin edilməsinə yönələn dövlət proqramları ilə bağlı sahibkarlıq subyektlərinin investisiya layihələrini müvafiq qanunvericiliyə uyğun olaraq maliyyələşdirilməsini və müvəkkil kredit təşkilatlarının sahibkarlara vermiş olduğu güzəştli kreditlərin icra vəziyyəti ilə bağlı məsələləri əhatə edib.
“Report” bildirir ki, bu barədə “Azərbaycan Respublikası Hesablama Palatasının 2015-ci ildə fəaliyyəti haqqında” adlı hesabat sənədində bildirilib.
Analitik təhlil zamanı müəyyən edilib ki, Fondun maliyyələşdirmə mənbəyi əsasən dövlət büdcəsi və qaytarılan kredit vəsaitləri, faizlər hesabına formalaşıb. Fond dövlətin güzəştli kreditlərinin sahibkarlıq subyektlərinə çatdırılması üçün 49 müvəkkil kredit təşkilatı, o cümlədən 29 bank, 2 bank olmayan kredit təşkilatı və 18 kredit ittifaqı ilə əməkdaşlıq edib. 2014-cü il üzrə kreditlərin 82,7% aqrar sektora, 17,3%-i müxtərlif sənaye məhsullarının istehsalı və emalı sahələrinə təqdim edilib. Verilən kreditlərin 77,7%-i respublikanın regionlarının, 22,3%-i isə Bakı şəhərinin və qəsəbələrinin payına düşüb.
Sənədə əsasən, təhlil zamanı qeyd olunan işlərin icrası ilə əlaqədar bir sıra nöqsanlar müəyyən edilib. Belə ki, dövlət büdcəsindən güzəştli kreditlərin verilməsi məqsədilə vəsaitlərin ayrılması ilə əlaqədar Fondun müvafiq qaydada proqnoz göstəriciləri barədə təqdim etdiyi məlumatlar əhatəli olmayıb. Müvəkkil kredit təşkilatları tərəfindən müqavilə şərtlərinə bəzi hallarda riayət edilməyərək kredit, faiz, cərimə məbləşlərinin Fondun hesabına vaxtında tam ödənilməsi təmin olunmayıb. İqtisadiyyatın bu və ya digər sahələrinin inkişafı ilə bağlı nəzərdə tutulan konkret layihələrin Fondun vəsaiti hesabına maliyyələşdirilməsi məqsədilə təyinata uyğun istifadə olunması məqsədilə müvəkkil kredit təşkilatları tərəfindən aparılan monitorinqlər nəticəlilil və əhatəlilik baxımından yetərli olmayıb.
Hesablama Palatasının Kollegiyası təhlilin nəticələrini müzakirə edərək aşkar olunan nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində qanunvericiliyə uyğun zəruri tədbirlərin həyata keçirilməsi, görülən işlərə dair Hesablama Palatasının məlumatın təqdim edilməsi barədə qərar qədub edib, həmin qərar icra üçün SKMF-ya göndərilib.

шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024