Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (8-04-2016, 16:46)
Əhmədzadənin korrupsiyası faş oldu - RƏSMİ

 

2015-ci ildə "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin Samur-Abşeron kanalı İstismar İdarəsi tərəfindən dövlət büdcəsinin gəlirlərinin hesablanması və dövlət büdcəsinə ödənilməsi, dövlət əmlakından istifadə olunmasının qanunvericiliyə uyğunluğa dair Vergilər Nazirliyi ilə Hesablama Palatası tərəfindən audit aparılıb.

 

Mediatv.az palatanın hesabatına istinadən xəbər verir ki, audit nəticəsində müəyyən edilib ki, "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin Samur-Abşeron kanalı İstismar İdarəsi tərəfindən Vergi Məcəlləsinin tələblərinə əməl edilməyərək vergitutma məqsədləri üçün mənfəət məbləği ümumilikdə 586,7 min manat dövlət büdcəsinə ödənilməli olan ƏDV 9,3 min manat azaldılıb, vergi tutulan əməliyyatların aparıldığı vaxt düzgün müəyyən edilməyərək 66,6 min manat ƏDV məbləği gec hesablanıb, bu isə hesablanmış ƏDV məbləğinin dövlət büdcəsinə vaxtında ödənilməməsinə səbəb olub. Eyni zamanda idarəsini kənd təsərrüfatı təyinatlı əkin sahələrinin suvarma suyu ilə təmin edilən hissəsində relyefə uyğun olaraq, eləcə də suyun mənbədən Ceyranbatan su anbarına qədər öz axını ilə gəlməsini təmin edən "Taxtakörpü" su anbarının istifadəyə verilməsindən sonra nasos stansiyaları olmadan və elektrik enerjisi nəql edilməsinə baxmayaraq meliorasiya irriqasiya tədbirlərinin müəyyənləşdirilməsi üçün 2014-cü ildə dövlət büdcəsindən proqnozlaşdırılmış vəsaitin 77,5%-ni elektrik enerjisi xərcləri təşkil edib, meliorasiya və irriqasiya tədbirləri üçün dövlət büdcəsindən ayrılmış vəsaitin 1,580 mln. manatı həmin tədbirlərə deyil, əmtəəlik suyun nəql edilməsi üçün sərf edilən enerjisi haqının ödənilməsinə sərfə edilib, satılmış suya görə, debitor borcu 01.01.2012-ci il tarixə nisbətən 3,6 dəfə artaraq 01.01.2015-ci il tarixə 16 mln. 524 min manat olub. İdarənin mərkəzi anbarında 5,5 min manat dəyərində çatışmazlıq aşkar edilib. Kanal daxil olan və kanaldan istehsalçılara verilən suyun miqdarını ölçülməsi üçün müasir ölçü cihazları quraşdırılmayıb, idarənin kommersiya fəaliyyətindən əldə etdiyi vəsait hesabına satınalma keçirilmədən 2012-2013-cü illərdə ümumilikdə 1 mln. 502,1 min manat məbləğində mal-material alınıb.

Audit nəticəsində həmçinin, Abşeron Suvarma Sistemləri İdarəsində 1 hektara düşən suvarma suyu sərfinin Samur-Abşeron kanalı İstismar İdarəsinin təmin etdiyi rayonlar üzrə orta göstərici, həmçinin oxşar iqlim zonasında yerləşən həmsərhəd Xızı rayonu ilə müqayisədə dəfələrlə artım olduğu müəyyən edilib.

Hesablama Palatasının kollegiyası auditin nəticələrini müzakirə edərək aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində qanunvericiliyə uyğun zəruri tədbirlərin həyata keçirilməsi və görülmüş işlərə dair Hesablama Palatasına məlumatın təqdim edilməsinə dair qərar qəbul edib. Həmin qərar icra üçün Vergilər Nazirliyinə, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-yə və Samur-Abşeron kanalı İstismar İdarəsinə göndərilib. Nəzarət tədbirinin nəticələri üzrə Milli Məclisə məlumat verilib. Hesablama Palatasının kollegiya qərarı ilə eyni zamanda vergitutma məqsədləri üçün yaranmış mənfəətin vergi məcəlləsinə əsasən 2011-ci ildə idarənin gəlirlərindən çıxılmasına, yol verilən xərclərinin gəlirdən artıq olan hissəsi ilə (zərərlə) kompensasiya edildiyi, ümumilikdə 5,6 min manat dəyərində malların maddi məsul şəxs tərəfindən alınaraq anbara təhvil verilməklə bərpa edildiyi nəzərə alınıb.

Samur-Abşeron kanalı İstismar İdarəsi tərəfindən Hesablama Palatasına təqdim edilmiş məlumata əsasən, ümumilikdə 45,7 min manat məbləğində vəsaitin, o cümlədən auditin nəticələri üzrə hesablanmış 8,3 min manat məbləğində əlavə dəyərə vergisinin və tətbiq edilmiş 37,4 min manat məbləğində maliyyə sanksiyasının dövlət büdcəsinə ödənilməsi təmin edilib, eləcə də hesabında əskikgəlmə aşkar olunmuş maddi məhsul şəxsə müvafiq əmrlə töhmət elan edilib.

Eyni zamanda, Vergilər Nazirliyinin Hesablama Palatasına təqdim etdiyi məlumatlar palatanın kollegiyasının müvafiq qərarına uyğun olaraq idarəyə 8,3 min manat vergi məbləğinin hesablanması, 37,4 min manat maliyyə sanksiyasının tətbiq olunması və hesablanmış əlavə vəsaitlərin dövlət büdcəsinə ödənilməsinin təmin olunması göstərilib. Eyni zamanda bir əməkdaşa töhmət verildiyi bildirilib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024