Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (8-04-2016, 20:17)
"Azərpoçt" MMC-də nöqsanlar aşkarladı

Daha bir dövlət qurumunda nöqsanlar aşkarladı

 

2015-ci ildə "Azərpoçt" MMC tərəfindən dövlət büdcəsinin gəlirlərinin hesablanması və ödənilməsinin, dövlət büdcəsindən  ayrılan vəsaitlərin və dövlət əmlakından istifadə olunmasının qanunvericiliyə uyğunluğunun Vergilər Nazirliyi ilə birgə auditi aparılıb.

Mediatv.az palatanın hesabatına istinadən xəbər verir ki, audit nəticəsində cəmiyyət tərəfindən qanunvericilik aktlarının tələblərinə əməl edilməyərək müvafiq icra hakimiyyəti orqanın razılığı olmadan icarə müqavilələri bağlanmadan balansında olan və Bakı şəhərində yerləşən 4061,4 kvadratmetr qeyri-yaşayış sahəsinin ofis kimi kommersiya hüquqi şəxslərə istifadəyə (icarəyə verilib, bu əməliyyat üzrə qanunvericiliyə uyğun olaraq  icarə haqqının 50%-nin dövlət büdcəsinə ödənilməsi təmin edilməyib, mənfəət vergisinin bəyannamələrində müəssisənin zərəri düzgün göstərilməyib, universal poçt rabitəsi xidmətlərinin təqdim edilməsindən yaranan zərərin kompensasiyası üçün dövlət büdcəsindən alınmış subsidiyalar ƏDV-yə cəlb edilməməsi, eləcə də MMC-nin nizamnamə kapitalına aid edilən, eyni zamanda qanunvericiliklə ƏDV-yə əlavə edilməsi nəzərdə tutulmayan vəsaitlər hesabına mal (işlər, xidmətlər) alınarkən vergi-hesab fakturaları üzrə ödənilmiş ƏDV məbləğlərinin əvəzləşdirilməsi nəticəsində kommersiya fəaliyyəti üzrə malların (işlərin, xidmətlərin) təqdim edilməsindən dövlət büdcəsinə ödənilməli olan ƏDV məbləği 1 mln. 169,9 min manat azaldılıb, 29,7 min manat məbləğində ƏDV vergi ödəyicisinə verilmiş, elektron və hesab fakturaları üzər alınmış malların (işlərin, xidmətlərin) dəyəri ödənilən gündən ödənilib, vergitutma bazasının düzgün müəyyən edilməməsi səbəbindən əmlak vergisi 3,8 min manat artıq hesablanıb.

Auditin əhatə etdiyi dövrdə, həmçinin vergilər üzrə borcların vergi ödəyicinin hesabından mülki məcəllədə nəzərdə tutulan ödənişlərin növbəliliyinə uyğun tutulması haqqında vergi orqanının sərəncamı “Azərpoçt”un Gəncə Regional Poçt filialı tərəfindən icra edilməyib, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin kollegiya qərarları ilə “Azİntelekom” MMC-yə qaytarılmaq şərti ilə verilmiş 26 mln. 792 min manat vəsaitin yalnız 25 mln. 332 min manatı nazirliyin kollegiya qərarı ilə cəmiyyətin nizamnamə kapitalının artırılmasına yönəldiyi nəzərə alınaraq qaytarılmalı olan 1 mln. 460 min manatdan qalan 860 min manatı ilin sonuna mühasibat uçotunda kreditor borcu kimi əks etdirilməyib.

Dövlət büdcəsinin iqtisadi təsnifatının “Məhsula görə ödənişlər” xərc maddəsi üzrə 2013-cü ilin ilkin təyinatı 9,5% artırılsa da cəmiyyətin tabeli müvafiq təşkilatlarına ştat cədvəllərində əmək haqlarında, həmçinin universal poçt rabitəsi xidmətlərinin növləri üzrə xərclərin kalkulyasiyasında və mənfəətin (zərərin) hesablanmasında müvafiq dürüstləşdirmələr aparılmayıb, maliyyə fəaliyyəti zərərlə nəticələndiyi halda işçilərə mükafat və maddi yardım ödənilərək xərclərin artırılmasına yol verilib.

 Müvafiq qanun vericilik aktları ilə Milli Poçt Operatoru tərəfindən universal poçt rabitəsi xidmətlərindən dəyən zərərin hesablanması metodikasının hazırlanması nəzərdə tutulduğu halda həmin metodika hazırlanmayıb, nəticədə universal poçt rabitəsi xidmətlərindən yaranan zərərin məbləği müvafiq əsaslandırmalar aparılmadan təxmini müəyyən edilib.

 Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Hesablama Palatasına daxil olmuş məlumata əsasən “Azərpoçt”un balansında olan sahələrdə fəaliyyət göstərən digər təşkilatlar tərəfindən icarə müqaviləsi bağlanılmaqla icarə haqlarının ödənilməsini təmin edilməsi məqsədilə rəsmi müraciətlər edilib, eyni zamanda ƏMDK ilə icarə müqavilələrinin bağlanması istiqamətində birgə iş aparılır.

Məlumatda həmçinin göstərilib ki, vergi və digər icbari ödənişlər üzrə hesablanmış vəsaitlərdə 781,6 min manat məbləğində hissənin dövlət büdcəsinə ödənilməsi, “Azərpoçt” tərəfindən “Azİntelekom”a qaytarılmalı olan 860 min manat məbləğində vəsait üzrə qanunauyğun şəkildə müvafiq hesabat yazılışı edilməklə mühasibat uçotunda düzgün əks etdirilməsi, Şamaxı rayonu Məlikçobanlı poçt şöbəsinin binasının tikintisi üzrə yerinə yetirilmiş işlərin qəbul aktında aparılmış işlər üzrə 5 min manat məbləğində vəsaitinin MMC-nin hesabına bərpa edilməsi  təmin edilib, 9,2 min manat məbləğində iş həcminin isə podratçı tərəfindən bərpası üçün zəruri tədbirlər həyata keçirilir.

шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024