Siyasət / Slayd (23-05-2014, 13:49)
Hesablama Palatası Əbülfəz Qarayevi də "vurdu"
Afişa Hesabat ilində dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən 2012-ci ilin İş planına uyğun olaraq Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin mərkəzi aparatının saxlanmasına, Nazirlik üzrə tədbirlərə və onun tabeliyində olan müəssisələrə (seçmə qaydada) dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasının auditi keçirilib.
Hesablama Palatasının 2013-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyəti haqqında verdiyi məlumata görə, audit olunan dövrdə Nazirlik tərəfindən bir neçə beynəlxalq layihə, konfrans və müxtəlif incəsənət festivalları, Azərbaycanın görkəmli şəxslərininyubiley tədbirləri, əlamətdar günlərə həsr olunmuş bir sıra tədbirlər, turizm üzrə informasiya-naviqasiya sistemi, mədəniyyətimizin təbliği ilə bağlı bir neçəinternet səhifəsi yaradılmış, ölkənin müxtəlif bölgələrində yerləşən tarixi mədəniyyət abidələri və digər mədəniyyət obyektlərində tikinti, təmir-bərpa və təmir-yenidənqurma işləri yerinə yetirilib.
Bununla yanaşı, audit zamanı bir sıra nöqsanlara və çatışmazlıqlara yol verildiyi müəyyən edilib. Belə ki, Nazirliyin mərkəzi aparatının saxlanması üzrə artıq məzuniyyət haqqı və istifadə olunmamış məzuniyyətə görə artıq kompensasiya, rəhbər işçilərə təmsilçilik xərcləri üzrə artıq əmək haqqı ödənilmiş, kassa əməliyyatlarının aparılmasını və uçotunu tənzimləyən qanunvericiliyin tələblərinə əməl edilməmiş,Nazirliyin mərkəzi aparatı üzrə müəyyən olunmuş limitdən artıq xidməti minik avtomobili saxlanılıb, aylıq yürüş həddi normalarının düzgün tətbiq olunmaması nəticəsində artıq xərcə yol verilib, vəsaitlərin təyinatı üzrə istifadə edilməməsi hallarına yol verilib, malgöndərən təşkilatlara müqavilə qiymətindən əlavə vəsait ödənilib, tam amortizasiya olunmamışvə istismar müddəti başa çatmamış bəzi əsas vəsaitlər balansdan silinib, əsas vəsaitlərmüvafiq icra hakimiyyəti orqanından razılıq alınmadan tabeçilikdə olan müəssisəyə əvəzsiz olaraq verilib, bir sıra hallarda alınan əsas vəsaitlər mədaxil edilməmiş, təşkilatlarla hesablaşmaların və öhdəliklərin inventarizasiyası aparılmayıb, ilkin uçot göstəriciləri Baş kitabda tam qeydə alınmayıb, Baş kitabla maliyyə hesabatlarındakı göstəricilər fərqli olub, dövlət büdcəsindən tədbirlərə ayrılan vəsaitdən xərclər smetasında nəzərdə tutulmadığı halda təsərrüfat hesablı mədəniyyət təşkilatlarına subsidiya ödənilib, dövlət teatrlarına əmək haqqı və sosial ayrılmalar üzrə subsidiyalar verilən zaman vakansiyalar nəzərə alınmayıb, dövlət sifarişi ilə hazırlanan tamaşalara görə teatrlarda ştatda olan işçilərə ştat üzrə müəyyən edilmiş miqdardan bir neçə dəfə artıq əmək haqqı ödənilib, 2009-2011-ci illərdə dövlət sifarişi ilə hazırlanan tamaşalara ölkə xaricindən cəlb olunan mütəxəssislərə–qeyri-rezidentlərə vəsaitin ödənilməsində vergi qanunvericiliyinin tələbləri gözlənilməyib, bəzi hallarda hesabata həmin tamaşaya aid olmayan xərclər daxil edilib, təsdiqedici sənəd olmadan teatrın məsul şəxsinin hesabından vəsait silinib, dövlət sifarişi ilə hazırlanan tamaşalar üzrə verilən qonorarlardan vergi tutulmayıb, avadanlığın quraşdırılması və səhnə geyimlərinin tikilməsi işləri satınalma metodu tətbiq edilmədən aparılıb, habelə bədii tərtibat və tikiş-geyim sahəsi üzrə mal-materialların alınması zamanı ƏDV məbləği depozit hesaba ödənilməyib.
Nazirlik tərəfindən bəzi teatrların borcundan artıq kirayə və nəqliyyat xərci, bəzi teatrların isə borcu müvafiq sənəd olmadan azaldılıb, qalib şəxslərə mükafat verilərkən gəlir vergisi düzgün hesablanmayıb, dövlət sifarişi ilə tamaşaların hazırlanması və multimedia portalının yaradılması məqsədilə bağlanmış müqavilələrin şərtinə tam əməl edilməyib, nəticədə əlavə vəsait xərcinə yol verilib və bu əməliyyatlar zamanı dövlət büdcəsi vəsaiti hesabına alınmış əsas vəsaitlər sonradan Nazirliyə geri qaytarılmayıb, fiziki şəxslərlə ayrı-ayrı maliyyə əməliyyatları aparılarkən ödəmə mənbəyində vergi tutulmayıb.
Bəzi tamaşalar üzrə vəsait tam ödənilsə də, tamaşalar təhvil verilməyib, nəticədə debitor borc yaradılıb, xərclər smetasında nəzərdə tutulmadığı halda icarə haqqı ödənilib, dövlət sifarişli tamaşa hesab edilməyən tamaşanın müəllifinə müəllif qonorarı ödənilib, eyni zamanda, həmin qonorardan ödəmə mənbəyində vergi hesablanmayıb, Nazirlik üzrə olan borclar haqqında təqdim edilmiş məlumatlara əsasən bir təşkilat üzrə 2006-cı ildən əvvəlki dövrə yaranmış kreditor borc, 15 təşkilat üzrə isə uçot sənədlərində debitor borc mövcud olub ki, bu borcların mütəmadi üzləşdirilməsi aparılmayıb.
Tədbirlər üzrə müxtəlif incəsənət xadimlərinə ödənilmiş qonorar məbləğindən və rəngkarlıq əsərlərinin alınmasına ödənilmiş vəsaitdən vergi hesablanmayıb, artıq ezamiyyə xərci ödənilib və bir halda ezamiyyə xərclərinin alınmasını təsdiq edən sənəd mövcud olmayıb, ezamiyyə ilə əlaqədar əsassız müddət uzadılması, əmrləşməyən şəxslərə ezamiyyə xərcinin ödənilməsi, qrup halında olan ezamiyyələrdə vəsaitin bir təhtəlhesab şəxsə verilməsi, bəzi tədbirlərə paralel olaraq həm mərkəzləşdirilib, həm də yerli xərclərdən vəsaitin istifadə edilməsi kimi hallara yol verilib.
Bir neçə halda tədbirlərin keçirilməsinə təsdiq edilmiş məbləğdən artıq vəsait ödənilib, həmçinin dövlət sifarişi ilə hazırlanan tamaşalar müqavilə şərtləri pozularaq vaxtında və ya ümumiyyətlə təhvil verilməyib, bəzi hallarda təhvil verilmiş tamaşaların hesabat sənədləri gecikdirilib və ya heç təqdim edilməyib, tabelikdə olmayan qurumun əvəzinə istifadə edilib su və qazın dəyəri ödənilib, inventar alınması üçün qaimə-faktura olmadan vəsait ödənilərək birbaşa xərcə silinib.
"Bədən tərbiyəsi, gənclər siyasəti və turizm tədbirləri” paraqrafı üzrə bilavasitə Nazirliyin sifarişi əsasında və loqosu ilə nəşr olunan jurnallarda reklam xarakterli fəaliyyətlə bağlı əldə edilmiş vəsaitin büdcəyə köçürülməsi təmin edilməyib, bir halda tərcümə xidmətləri üçün, bir halda isə jurnalın çapı üçün tirajın və qiymətin artıq göstərilməsi nəticəsində əlavə büdcə vəsaitinin sərfinə yol verilib.