Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (15-03-2016, 11:33)
VİTR Fitnes Klub ətrafında 1.2 milyon manatlıq qovğa

 

“Nur-İnşaat” şirkətinin rəhbəri tanınmış idmançının biznesini əlindən almağa çalışır 

Mediatv.az xəbər verir ki, Azərbaycanın tanınmış idman ustalarından biri olan Vüqar Namazov çətin duruma düşüb. JAM.AZ xəbər verir ki, tanınmış idmançınının üzləşdiyi problemin baiskarı isə «Nur İnşaat» şirkətinin rəhbəri Rüstəm Abdullayevdir. 

Namazov bizə yazır ki, Avropa və Dünya çempionatlarında qalib olduğuna görə dövlət başçısı tərəfindən fəxri fərman, pul və mənzillə mükafatlandırılıb. O qeyd edir ki, əlindəki imkanlarını səfərbər edərək, həyat yoldaşı ilə birlikdə fitness klub açmaq istəyib. Bu məqsədlə «Nur İnşaat» MMC ilə razılaşaraq, onlardan 1000 kvadrat metrlik yeri icarəyə götürüb. «Ötən ilin oktyabrında həyat yoldaşım Sehranə Namazovanın adına əmlakın icarə müqaviləsi bağladıq. Təmir məqsədiylə yoldaşım özünün və atasının adına bankdan kredit götürdü. Mənə mükafat kimi verilən evimi, maşını satıb, təmir işlərinə və avadanlıqların alınmasına xərclədik. Bu işlərə 1,2 milyon manat xərcimiz çıxdı». 

Məşhur idmançı qeyd edir ki, yeni açdıqları fitnes klub gözlədiklərindən daha tez populyarlaşmağa başlayıb. «Tez zamanda çoxlu sayda müştəri cəlb etməyə nail olduq. Hətta ilin klubu belə seçildik. Lakin çox keçmədi ki, «Nur İnşaat» bizə qarşı problemlər yaratmağa başladı. İlk olaraq işin pik vaxtı elektrik və suyu kəsdilər. Bunun texniki problem olduğunu düşündük. Lakin bu kəsintilər xroniki şəkil aldı. Bu ilin fevralında isə elektrik enerjisinin verilişi tamamilə kəsildi». 

Vüqar Namazov JAM.AZ-a yazıb ki, «Nur İnşaat»ın əməllərindən Bakı İnzibati İqtisad Məhkəməsinə müraciət etməli olub. «Məhkəmə xeyrimizə qərar çızardı. Amma şirkət bu qərardadın icrasını həyata keçirməyi süni maneələr yaratmağa başladı. Uzun sürən danışıqlardan sonra fevralın 22-də elektrik enerjisinin verilişi bərpa edildi. Lakin verilən enerjinin tezliyi sürətlə aşağı düşürdü». 

Özlərinə yaratdıqları VİTR Fitnes Klubun işləməsinə əngəlin yaradılması bununla da bitməyib. Namazov bildirir ki, kluba verilən suyun da azaldığı müşahidə edilməyə başlayıb. «Yaranmış problemi aradan qaldırmaq üçün «Azərsu» və «Azər İşıq»a müraciət edərək, öz vəsaitimiz hesabına yeni xəttin çəkilməsini istədik. Bunun üçün «Nur İnşaat»ın sənədləri lazım oldu ki, şirkət də bu sənədləri bizə verməkdən imtina etdi. Sonradan məlum oldu ki, şirkətin əmlakı, möhürü və fəaliyyətinə 2012-ci ildən həbs qoyulub».

Tanınmış idmançı qeyd edir ki, rəhbəri olduğu VİTR Fitnes Klubun fəaliyyətinə şəxsən «Nur İnşaat»ın rəhbəri Rüstəm Abdullayev tərəfindən maneələr yaradılır. «Yaratdığımız klubun ona verilərək, egtməyimiz tələb olunur. Şirkətə qoyulmuş həbsin motivlərindən mənə və dostlarıma qarşı istifadə olunur». 

Qarşı tərəfi də dinləməyə hazırıq.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024