«Azərenerji» ASC tabeliyində olan «İmişli Regional Elektrik Şəbəkəsi» («İmişli REŞ») MMC-nin ləğvi barədə qəbul etdiyi qərar bu müəssisədə çalışan 100-dən çox adamın narahatlığına səbəb olub. AzadlıqRadiosuna danışan müəssisə əməkdaşları mayın 1-dən işə buraxılmadıqlarını bildirirlər.
«BİZƏ İKİ ƏRİZƏ YAZMAQ TƏKLİF EDİLİB»
2007-ci ildən bəri «İmişli REŞ»də işləyən, Qarabağ müharibəsi veteranı Arif Qədirov bildirir ki, idarə ləğv edilsə də, onlarla son hesablaşma aparılmayıb:
«Əmək müqaviləmizə xitam verilmədən idarə ləğv edilir. Mayın 1-dən faktiki olaraq «havadayıq» - nə rəsmi qaydada işdən çıxarılmışıq, nə də işdə hesab olunuruq. Əmrin surəti göndəriləndə bizə təklif olundu ki, İmişli və Şirvan regional idarələrinin adına iki ərizə yazaq - birincidən işdən çıxarılmağımızı xahiş edək, ikincidən isə iş istəyək. Məqsəd odur ki, bizə sonrakı aylar üçün kompensasiya ödənilməsin. Bəziləri aldanaraq hər iki ərizəni yazıb».
«İmişli REŞ»in başqa bir əməkdaşı - Vüsal Usubov da deyir ki, belə bir dövrdə qəfil iş yerini itirmək çox çətindir: «Onsuz da aldığım əmək haqqı yüksək deyildi - əlimə gələn 150 manat idi. O da olmayanda, gəl dolan görüm, necə dolanırsan. Bu işi tapana qədər nə qədər yerə müraciət etmişdim, qəbullarda olmuşdum. Bilmirəm yeni idarə yaradılanda mənə iş veriləcək, ya yox? Başqa iş tapmaq da çətindi».
««AZƏRENERJİ»YƏ QARŞI İDDİALAR ARTIB»
Vətəndaş Nəzarəti Şəbəkəsinin İmişlidəki işçi qrupunun rəhbəri Kənan Şahpələngov baş verənlərin vətəndaşlarda narazılıq doğurduğunu deyir:
«Azərenerji» ASC-də struktur dəyişikliyi tez-tez edilir. 2006-cı ildən bəri İmişlidəki regional idarə müxtəlif formada dörd dəfə yenidən təşkil edilib. Amma bu dəyişikliklər əhalinin elektrik enerjisi ilə təchizatında vəziyyəti yaxşılaşdırmayıb. Regional idarə üçün yeni inzibati bina tikilib, amma özünü ləğv edirlər - bunu anlamaq olmur.
MMC-lərin ləğvi, birinin digərinə qoşulması, yenidən təşkili yüzlərlə insanın narahatlığına səbəb olur. Son illər əmək hüquqlarının pozulması ilə bağlı «Azərenerji»yə qarşı məhkəmə iddiaları artıb. Adamlar vaxtilə aldıqları əmək haqqının bir hissəsini məhkəmə yollarında tökürlər».
«MMC-NİN LƏĞVİ ENERJİ SATIŞ İŞİNDƏ ÇEVİK İDARƏETMƏNİN YARADILMASI MƏQSƏDİ DAŞIYIR»
«Azərenerji» ASC-nin prezidenti Etibar Pirverdiyevin aprelin 22-də imzaladığı əmrə əsasən «İmişli REŞ» MMC-nin tərkibində olan Zərdab, Ağcabədi, Füzuli və Beyləqan rayon şəbəkələri «Mingəçevir REŞ»in, Saatlı, Kürdəmir və İmişli rayon şəbəkələri isə «Şirvan REŞ»in tabeliyinə verilib. Sonuncunun bazasında İmişli və Şirvan regional idarələri yenidən təşkil ediləcək.
ASC rəhbərliyi bu addımı «enerjisatış işində çevik idarəetmənin təşkil edilməsi, iş həcmlərinin və xərclərin azaldılması» məqsədi daşıdığını bildirir. Amma əmrdə «İmişli REŞ» tərəfindən vaxtilə işə götürülən işçilərin sonrakı taleyinə aydınlıq gətirilməyib.
Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024