Cəmiyyət / Slayd (14-03-2016, 15:06)
“Ambarnaya”, yoxsa “Barnaya”: Plagiatlığın daha bir nümunəsi
Spirtli içki bazarında belə bir “bespredel” də varmış
Spirtli içkilərlə bağlı ictimai rəyin birmənalı olmaması məlumdur. Qida sektorunun bu sahəsi ilə bağlı ən müxtəlif narazılıqlar müşahidə olunur: həm alıcılar arasında, həm də istehsalatçıların özləri arasında...
Bir müddət əvvəl xeberinfo.com-da hazırladığımız “Spirtli içkilər: kimlərsə para qazanır, kimlərsə xəstəlik” sərlövhəli araşdırma yazımızdan sonra redaksiyamıza bu istiqamətdə forma və məzmunca müxtəlif olan məlumatlar daxil olmaqdadır. Məlumatlardan sonuncusu isə bu sahədəki plagiatlıqla bağlıdır. Xeberinfo.com-a daxil olan məlumatda “Barnaya” markalı arağın “Ambarnaya” markasından aşkar və qanunazidd olaraq yararlanmaq cəhdindən bəhs olunur: qablaşdırıldığı şüşə butulka da, butulkanın üzərindəki kağız lövhə də tamamilə eynidir. Fərq yalnız firmaların emblemlərində və adlarındadır. Hansı ki, bu da ilk baxışdan müşahidə olunmur. Diqqətli alıcı lazımdır ki, butulkanın üzərindəki kağız lövhənin rəngini və firmaların adını fərqləndirə bilsin. Başqa sözlə, “Barnaya” ustalıqla“Ambarnaya”nın plagiatlığını etməklə, kobud şəkildə onun bazarına girmək istəyir. Bunun isə məlum qayda və qanunlara zidd olduğu məlumdur.
Xatırladım ki, “Ambarnaya” marakalı araq “Kristall Plus” QSC-nin məhsuludur.Hal-hazırda “Kristall Plus” zavodu bu markadan başqa "ProbaGold", "Medovaya", "ProbaSilver", "Zubrovka", "Starka", "Zernovaya", "Kubanskaya" kimi tünd, eləcə də "Oxota", Konyak 3* kimi müxətlif məhsullar istehsal edir. Bu müəssisə ilə bağlı qarşıdakı günlərdə geniş yazı hazırlamağa çalışacağıq.
Plagiatlıqla diqqəti çəkən “Barnaya” markası isə İmişli rayonu Xiyabani k. 1 ünvanda yerləşən “Araz” MMC-nin məhsuludur. Bu müəssisə və onun rəhbəri, əvvəllər Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Sabirabad ərazi sınaq və sertifikatlaşdırma şöbəsinin müdiri vəzifəsində işləmiş Saleh Səmədov haqqında da redaksiyamıza geniş məlumatlar daxil olub. Qarşıdakı günlərdə bu istiqamətdə də geniş yazmağa çalışacağıq.
Hələlik isə biz də xeberinfo.com olaraq aidiyyatı dövlət strukturlarına sorğular ünvanlamaqla, “Ambarnaya” və “Barnaya” arasındakı plagiatlıqla bağlı anlaşılmazlığa aydınlıq gətirməyə çalışacağıq.
Xeberinfo.com