Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (7-01-2016, 14:22)
Ağdamda sonuncu istehsal müəssisəsi də dağıdılır

Ağdamda sonuncu istehsal müəssisəsi də dağıdılır

 

“Ağdam Şərab-7” ATSC sabiq başçı ilə müavinin “qurbanı” oldu

 

 Spirtli içkilərlə bağlı mövzunu davam etdiririk. Söz verdiyimiz kimi, ölkədə fəaliyyət göstərən şərab istehsalı ilə məşğul olan müəssisələrlə bağlı ayrı-ayrı yazılar hazırlamağa çalışacağıq. “Spirtli içkilər: kimlərsə para qazanır, kimlərsə xəstəlik-ARAŞDIRMA” sərlövhəli yazımızdan sonra bu istiqamətdə yeni məlumatlar almaqdayıq.

 

“Ağdam Şərab-7” Açıq Tipli Səhmdar Cəmiyyəti (ATSC) ilə bağlı məlumatda deyilir ki,   Erməni işğalında olmayan Ağdam torpağında yeganə istehsal müəssisəsi istehsal sexlərini gücləndirmək, artırmaq əvəzinə müəssisənin balansında olan bahalı çənləri satıb. Bu barədə xeberinfo.com-a Ağdam rayonundakı mənbələrdən məlumat daxil olub. Məlumatda deyilir ki, “Ağdam Şərab-7” ATSC-nin direktoru Zahid Muxtarov müəssisənin səhmlərinin mühüm bir hissəsinə nəzarət edən Həsən Sarıyevlə əlbir olaraq inventerları satıb. Bu müəssisənin bir neçə il əvvəl özəlləşdirilməsi zamanı səhmlərinin təxminən 40 faizi o zaman Ağdam rayon icra hakimiyyətinin başçısı olan Həsən Sarıyevin ailə üzvlərinin adına özəlləşdirilib.

Xatırladaq ki, “Ağdam Şərab-7”-nin direktoru Zahid Muxtarov vaxtı ilə Həsən Sarıyevin birinci müavini olub. Həsən Sarıyev icra başçısı vəzifəsindən kənarlaşdırıldıqdan sonra Zahid Muxtarov da vəzifəsini itirib. Bundan sonra Həsən Sarıyev keçmiş əlaqələrindən yararlanaraq Kənd Təsərrüfatı Nazirliyinin Regional Kənd Təəsrrüfatı İdarəsinin rəisi vəzifəsinə təyinat alıb, Zahid Muxtarovu isə  “Ağdam Şərab-7” Açıq Tipli Səhmdar Cəmiyyətinin rəhbəri təyin etdirib.

Məlumatlı şəxs iddia edir ki, sabiq icra başçısı Nizami Sadıqovun zamanında Həsən Sarıyevlə Zahid Muxtarov “Ağdam Şərab-7” Açıq Tipli Səhmdar Cəmiyyətinin balansındakı avadanlıqları sata bilmirdilər. Ancaq Raqub Məmmədov icra başçııs təyin edildikdən sonra onunla “anlaşaraq” müəssisənin balansındakı bahalı çənləri satıblar.

Məlumatla bağlı Zahid Muxtarovla əlaqə saxlasaq da, heç bir münasibət bildirmədi.

Məlumatı aidiyyatı qurumlarla araşdırmağa çalışacağıq.

 

 

Xeberinfo.com

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024