Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (4-03-2016, 12:29)
İşdən çıxarılan icra başçısı: “Gedib evlənəcəyəm”

886976_470809

 

Dünən Prezident İlham Əliyevin sərəncamı ilə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Mahmud Quliyev danışıb.
Mediatv.az xəbər verir ki, AzNews.az-a açıqlama verən sabiq başçı prezidentin onunla bağlı verdiyi qərarın düzgün olduğunu deyib:“Prezident etimad göstərdi, vəzifəyə qoydu. 16 il işləmişəm, prezidentə minnətdaram. İndi də işimdə nöqsanlar olduğu üçün prezident vəzifədən çıxarılmağımla bağlı qərar verib. Çox düzgün qərardır. Mən özüm də çıxmaq istəyirdim. Onun bu qərarından razıyam”.
M.Quliyev işdən çıxarıldıqdan sonra Prezident Administrasiyasından verilən açıqlamaya da münasibət bildirib:“Nə deyiblərsə düzdür. Yəqin etimadı itirmişəm, nəsə iradlar var”.
M.Quliyev “bundan sonra nə işlə məşğul olacaqsınız” sualına isə belə cavab verib:“Mən pensioner adamam. Gedib ailə quracağam”.
Qeyd edək ki, Mahmud Quliyevin 63 yaşı var və ailəlidir.
Xatırladaq ki, Mahmud Quliyev bir müddət əvvəl vətəndaşları təhqir etməsi və söyməsilə gündəmə gəlmişdi. Dünən isə Prezident İlham Əliyev Mahmud Quliyevin və Laçın rayon İcra Hakmiyyətini başçısı Akif Səlimovun işdən azad olunması ilə bağlı sərəncam imzalayıb. Daha sonra isə Prezident Administrasiyası rəhbərinin müavini, ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev onların işdən azad olunması ilə bağlı verilən qərarı şərh edib: “Əhalidən gələn şikayətlər, aparılan təhlillər göstərib ki, bəzi yerli icra hakimiyyəti orqanlarının rəhbərləri qeyd edilənlərdən nəticə çıxarmayıblar. Onlar öz fəaliyyətlərini cənab Prezidentin qarşımıza qoyduğu tələblər səviyyəsində qura bilməyib, vətəndaşların problemlərinə laqeydlik, biganəlik göstərib, insanlarla münasibətdə qeyri-səmimilik və kobudluq nümayiş etdirib, təvazökarlıqdan uzaq hərəkətlərə yol veriblər. Adları qeyd olunan sabiq icra hakimiyyəti başçıları cənab Prezidentin etimadını doğrulda bilməyiblər, daha dəqiq desək, etibarını itiriblər”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024