Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (23-06-2015, 23:18)
İcra başçısı kommersiya maraqlarının qurbanı ola bilər - GÖZLƏNTİ

Bakıda keçirilən ilk Avropa Oyunları sona yaxınlaşdıqca, bir sıra yüksək rütbəli məmurların da xofu artır. Onların arasında Cəbrayıl rayonunun icra başçısı Mahmud Quliyev də var. Çevrəsindəki şəxslərin mətbuata ötürdüyü məlumatlara inansaq, icra başçısının son zamanlar ciddi stress keçirdiyini söyləmək olar. Məlumata görə iş o yerə çatıb ki, rayon rəhbəri müavinlərindən birini çox ciddi şəkildə yaxın ətrafının gözü qarşısında aşağılayıb.

Bunun səbəbi kimi müavinə etibar edilmiş müəyyən məbləğdə büdcə vəsaitinin yoxa çıxması göstərilsə də, müşahidəçilər bu qənaətdədir ki, Mahmud Quliyev həmin şəxsi özünə rəqib gözündə görür. Məsələnin yaxın zamanlarda aydınlaşa biləcəyini söyləyən mənbəmizin bildirdiyinə görə, Cəbrayılın icra başçısı qardaşı vasitəsilə Bakıdakı kommersiya obyektlərindən bir neçəsini artıq satışa çıxarıb. Nəzərə almalıyıq ki, ölkə rəhbərliyi məmur özbaşınalığına qarşı mübarizəni prioritet hesab edərək sosial sifariş kimi qiymətləndirilir. Bu mübarizədə müsbət nəticələrin əldə edilməsi üçün yüksək dövlət rəhbərliyi tərəfindən səlahiyyətli orqanlar qarşısında ciddi vəzifələrin qoyulduğu barədə məlumatlar da yer alır. Söhbət icra başçılarının şəxsi kommersiya fəaliyyətini əhatə edən dosyedən gedir. Əlbəttə, bu barədə məlumatlar zaman-zaman vahid bilgi sistemində toplanıb. Lakin bir müddət ayrı-ayrı oliqarxların məsələyə müdaxiləsi nəticəsində diqqətdən yayındırılsa da prosesin artıq dövlət başçısı səviyyəsində nəzarətə götürülməsi məsələnin ciddiliyindən xəbər verir. Həmçinin bildirilir ki, xüsusən ötən ay paytaxtda baş verən və 15 nəfərin həlak olması ilə nəticələnən dəhşətli yanğın hadisəsindən sonra oliqarxlardan heç kəs ölkə rəhbəri qarşısında öz adamını müdafiə etməyə ürək eləmir. Bunu yaxın gələcəkdə bütün cəmiyyəti şoka sala biləcək kadr islahatlarına hazırlığın ilkin əks-sədası kimi də qiymətləndirmək olar. Qeyd edək ki, vəzifədən qovulacaq başçılar arasında ilk adı hallanan da məhz Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Mahmud Qulliyevdir. Mahmud Quliyevin rəhbərlik etdiyi qaçqın rayonda dövlət büdcəsinin xırıd edilməsi sayəsində özünə yaratdığı cah-cəlal cəbrayıllıların gözündən necə yayınsın? Rayonda əmindirlər ki, qaçqınlara qarşı qanuna zidd əməllərindən edilən şikayətlərin artması Mahmud Quliyevin vəzifəsini bitirəcək. Mahmud Quliyevin biznesi ilə bağlı verdiyimiz məlumatlar yəqin ki, oxucuların yadındadır. Başçının Bakının mikrorayonlarında yerləşən bir neçə obyektinin idarəçiliyini "Dövlətqaçqınkom"da mənzil istismar departamentinin direktor müavini işləyən qardaşı Qulu müəllimə tapşırdığı deyilir. Sözügedən obyektlərin fəaliyyətini tənzimləyən Qulu müəllimi Cəbrayıl camaatı başçının canlı "pul kisəsi" kimi tanıyır. Bəzi məlumatlara görə isə, Mahmud Quliyev bütün kadr məsələlərini qardaşı vasitəsilə həyata keçirir. Maraqlıdır ki, çətin durumda olmasına baxmayaraq icra başçısının da müəyyən addımlar atılmasına "xod" verdiyi deyilir. Vəzifəsini tezliklə itirəcəyi barədə yayılan məlumatların Biləsuvardakı qaçqın düşərgələrinə "ayaq açması" başçının adamlarını da təşvişə salıb. Onlara Mahmud Quliyev haqqında hər hansı neqativ xəbərlər yayan şəxsləri aşkar etmək tapşırılıb. 
P.S. Növbəti saylarımızda "ELMED”-in dördüncü mərtəbəsi və orada baş verənlər haqqında geniş reportaj dərc olunacaq.
 \\gundelik-baku.com\\ 

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024