Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (22-01-2016, 12:32)
Vətəndaşa “get öl” deyən icra başçısı vəzifədən gedir

 

 

Yaxın günlərdə Mahmud Quliyevin fərmanının veriləcəyi gözlənilir

 

Cəbrayıl rayon icra hakimiyyətinin başçısı Mahmud Quliyevin vətəndaşı təhqir etməsi nəticəsiz qalmayacaq. Yaxın günlərdə o görəvindən ayrılmalı olacaq. Bu məlumat xeberinfo.com-a siyasi hakimiyyətdəki mənbələrdən daxil olub: “Bilirsiniz ki, cənab prezident üçün məmurların və məmur övladlarının cəmiyyətdəki davranışı həssas məsələdir. Dövlət başçısı dəfələrlə xəbərdarlıq edib ki, bütün məmurlar və doğmaları vətəndaşlara qarşı diqqətli olmalı, nümunəvi davranmalıdırlar.

Təəssüf ki, hələ də bu xəbərdarlıqdan nəticə çıxarmayan vəzifəli şəxslər var. Heç kimə, heç bir vəzifə sahibinə vətəndaşı təhqir etmək səlahiyyəti verilməyib. Sonuncu, Cəbrayılın icra başçısı isə lap “gül vurdu”. Sən kim olursan ki, vətəndaşa “get öl”, “köpəkoğlu” və s. deyəsən. Bu cür özbaşınalıq nəticəsiz qala bilməz. Artıq Mahmud Quliyevlə də bağlı qərar qəbul olunub”. 

 Mənbəmiz onu da əlavə etdi ki, Mahmud Quliyev müəyyən kanallarla “sudan quru çıxmağ”a çalışır... Amma faydası olmayacaq. Məlum fərmanın yubanması isə bir qədər subyektiv səbəblərlə, bir qədər də son hadisələrlə bağlıdır. Növbəti həftə Mahmud Quliyevlə bağlı qərar rəsmiləşəcək.

Xeberinfo.com

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024