Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (12-10-2015, 21:42)
Görünməmiş məmur fırıldağı

Görünməmiş məmur fırıldağı

 

Özbəkistanın Fərqanə vilayətinin Kuştape rayonunda hələ indiyə qədər rast gəlinməyən hadisə baş verib.

“Mediatv.az”ın virtualaz.org-a istinadən məlumatına görə, Kuştape rayonunun rəhbərləri ölkənin baş naziri Şövkət Mirziyevin Fərqanə vilayətinə gözlənilən səfərinə “özünəməxsus” şəkildə hazırlaşıblar. Onlar yerli sakinləri topladıqları pambığı yenidən qaytarıb... pambıq koluna yapışdırmağa məcbur ediblər.

Kuştape rayonunun yerli hakimiyyət orqanlarının rəhbərləri bununla tarlalarda bol məhsulun yetişdiyini nümayiş etdirmək istəyiblər. Xəbərdə deyilir ki, bu əmri rayon rəhbərliyinə şəxsən Fərqanə vilayətinin başçısı Şöhrət Qəniyev verib. Mer tabeliyindəki şəxslərdən “pambıq tarlalarının başdan-başa ağ örtüyə bürünməsini” tələb edib.

Bundan sonra 400-dən çox pambıqçı tarlalara çıxarılıb. Onlar məhsulu artıq toplanmış pambıq qozalarını “PVA” yapışqanı ilə boyayaraq artıq yığılmış pambıqları ora yapışdırıblar.

Lakin Fərqanə vilayəti və Kuştape rayonu rəhbərliyinin ağılsızlığın son həddi demək olan bu inanılmaz addımı bəhrəsiz qalıb. Belə ki, baş nazir Kuştape rayonuna səfər etməyib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024