Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (2-02-2016, 20:14)
BP ixtisar aparır, amma qanunun tələblərini pozmaqla...

BP və onun tərəfdaş şirkəti 300 əməkdaşını ixtisar edib.

Mediatv.az-ın məlumatına görə, hazırda bu ixtisarlar davam edir. Lakin BP şirkəti ixtisarlar apararkən işçilərə Əmək Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulan qaydada 2 ay xəbərdarlıq müddətində əmək fəaliyyətini davam etdirmək imkanı vermir.

Bunu virtualaz.org saytına Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı bildirib. Onun sözlərinə görə, BP şirkəti tərəfindən ixtisar olunmuş neftçi Nəsimi Rayon Məhkəməsində iddia qldırıb. Təşkilatın müdafiə etdiyi neftçinin iddiası təmin olunub.

M.Qəhrəmanlı əlavə edib ki, bəzi xarici neft şirkətlərində yerli işçilərə qarşı diskriminasiya hallarına yol verilr. Xüsuslə, “Bahar enerj” ,“SOCAR CAPE”və “Qarasu OYL” şirkətlərində işçilərə qarşı ayrı-seçkilik var: “İşə qəbul, əməkhaqqının ödənilməsi və əmək müqaviləsinin ləğv olunması zamanı diskriminasiya müşahidə edilir. Həmçinin aparılan araşdırmalar zamanı Əmək Məcəlləsinin 68, 69, 70, 71, 77, 78, 79, 80-ci maddələrinin pozulması hallarına rast gəlinib. Belə ki, ixtisarlar zamanı işçilərə məcburi ərizə yazdırma, o cümlədən uzun illər bu sahədə çalışan mütəxəssislrin əmək müqaviləsnin bitməsi bəhanəsi ilə işdən çıxarıldığı bəlli olub”.

M.Qəhrəmanlının sözlərinə görə, “Bahar Enerji” şirkəti ixtisara saldığı 50 işçisinə işdənçıxma ilə əlaqədar kompensasiyalar ödəmək istəmirdi. Yalnız müdaxilə və əlaqədar orqanlara şikayətlərdən sonra işçilərə kompensasiya ödənilib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024