Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (2-02-2015, 15:55)
Mühəndislər ixtisara salınır, onlara fəhləlik təklif olunur

Neft şirkətlərinin tabeliyində olan neft və qazçıxarma idarələrində mühəndis və texniki işçilərin ixtisarına başlanılıb. Artıq “Nərimanov” və “Bibiheybət” NQÇİ-də işçilərə xəbərdarlıq edilib

 

 
Mediatv,AZ xəbər verir ki, bu barədə virtualaz.org saytına Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı məlumat verib.
Hüquq müdafiəçisinin sözlərinə görə, mühəndis və texniki işçilərə fəhlə kimi işləmək təklif edilib: “Təşkilatımıza müraciət edən mühəndislər onlara fəhlə kimi iş təklif edildiyini söyləyirlər. Bu təkliflə razılaşmayanlar isə ixtisara düşürlər. “Neftqaztikintitresti”ndə isə mühafizəçilərin ixtisarına başlanılıb. İxtisarlar hissə-hissə aparılır, buna görə də konkret say söyləmək çətindir. Lakin yüzlərlə işçinin ixtisara düşəcəyi gözlənilir”.
“Bahar Energy” isə işdən çıxardığı əməkdaşlarına kompensasiya ödəmir. M.Qəhrəmanlı dedi ki, buna görə də şirkətə qarşı məhkəmə iddiası qaldırılıb: “Təşkilatımıza müraciət edənlər son iki ayda 80 işçinin ixtisara salındığını deyir. Lakin əksəriyyət kompensasiya ala bilməyib. Buna görə də 3 nəfər şirkətə qarşı iddia qaldırıb”.
Xarici neft şirkətlərində də ixtisarlar aparılır. Artıq “BP-Azerbaijan” və ASKO şirkətlərində ixtisarlar gedib.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025