Cəmiyyət (19-01-2016, 13:47)
"Kreditlər manatla verilsəydi, vəziyyət belə olmazdı" - Deputatdan irad
“Ölkədə vətəndaşlara kreditlər manatla verilsəydi, bu gün kreditlərin geri qaytarılmasında problemlər meydana çıxmazdı”.
Mediatv.az xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev Milli Məclisin növbədənkənar iclasında çıxışı zamanı deyib.
Millət vəkili bildirib ki, Azərbaycan bazarında xarici valyutadan istifadənin qarşsı alınmalıdır: “Xaricdən 1-2 milyard gətirməklə problem həll olunmaz”.
Q. Həsənquliyev iclasda iştirak edən Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmova vətəndaşlara dollarla kreditlərin verilməsinin düzgün olmadığını irad tutub.
"Xaricdə oxuyan azərbaycanlı tələbələrin təhsil haqqını dollarla verməsi valideynlərin problemlə üzləşməsinə səbəb olur. Çünki burada manatın dəyərdən düşməsi valideynlərin övladlarının təhsil haqqını dollarla ödəməsində çətinlik yaradır".
Eyni zamanda Milli Məclisin üzvü İran və Gürcüstanla Azərbaycan arasında viza rejiminin ləğv olunmasını təklif edib.