Mediatv.az xəbər verir ki, ötən ilin 17 oktyabrında prezident İlham Əliyev tərəfindən vəzifəsindən qovulduqdan sonra ölkə mediasının əsas gündəmini zəbt edən Eldar Mahmudovla bağlı Moderator.az - a maraqlı informasiya daxil olub.
Daha doğrusu, bu dəfəki məlumat şəxsən Eldar Mahmudovun törətdiyi hansısa qanunsuz əməldən ibarət deyil, sadəcə onunla qohum olduğuna görə “zibilə düşən” qudası haqqındadır.
Bildirilir ki, MTN şefi ilə qohum olanadək adi həkim olan Malik Abbasov Eldar Mahmudovla quda olduqdan dərhal sonra Səhiyyə Nazirliyində yüksək vəzifəyə təyinat alaraq həkimlərin attestasiya komissiyasına rəhbərlik edib.
Onun həyat yoldaşı Pəri Abbasova da 6 saylı şəhər poliklinikasında şöbə müdiri vəzifəsinə irəli çəkilib.
Eldar Mahmudovun kürəkəni Həmid Abbasov isə xarici ölkələrdəki diplomatik nümayəndəliklərimizdən birində çalışıb.
İndi Eldar Mahmudovun yaxın ətrafının çıxdaş edilməsi kampaniyası geniş vüsət aldığından onun qudasının vəziyyətinin heç də ürəkaçan olmadığı bildirilir. MTN şefi ilə qohum olanadək adi həkim ailəsi kimi xoşbəxt ömür sürən Abbasovlar indi onunla qohumluğunun səfasını tamam unudaraq cəfasını çəkməyə başlayıblar. Bu cəfanınsa nədən ibarət olduğunu sözlə ifadə etmək çətindir. İndi onları hansı mənəvi işgəncənin və məhrumiyyətlərin gözlədiyini təsəvvür etmək çətin deyil…