Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (25-10-2015, 16:26)
EHTİMAL VAR Kİ, ELDAR MAHMUDOVUN “ÇETE”Sİ RÜŞVƏTXORLUQDAN, QOHUMBAZLIQDAN DAHA BÖYÜK CİNAYƏTKARLIQLARA, MƏSƏLƏN, VƏTƏNƏ XƏYANƏTƏ QOL QOYUBMUŞ-özəl


 

 

Sabiq Milli Təhlükəsizlik Naziri Eldar Mahmudovun vəzifəsindən qəfil kənarlaşdırılaraq gözaltına alınması və  bunu müşayiət edən assosiasiyalar  günün ən aktual məsələsi olaraq kütləvi informasiya vasitələrinin əsas mövzusuna çevrilmişdir. Məlum olduğu kimi, MTN-nin yüksək rütbəli zabitlərinin “yarpaq tökümü” ilə paralel olaraq, Eldar Mahmudovun bir sıra digər nazirlik və ona bərabər tutulan qurumlarda, ən çox da Rabitə və Yüksək Texnologiyalar Nazirliyində qurduğu məxfi şəbəkələr də üzə çıxmaqdadır.

Eldar Mahmudovun yaxın qohumu Mahmud Mahmudov bir xeyli müddət RTYN-də mühüm post tutub. Mahmud Mahmudov əvvəlcə nazirlikdə Hərbiləşdirilmiş Mühafizə İdarəsinin (HMİ) rəis müavini vəzifəsini daşıyıb. O dönəmlər həmin vəzifədə polkovnik Tərlan Nəsirov əyləşirmiş. Lakin onu zorla işdən çıxarıb, yerinə Mahmud Mahmudovu gətirirlər. Mahmud Mahmudov bu vəzifə ilə kifayətlənməyib, Azərpoçt MMC-nin Mərkəzi Xüsusi Rabitə İdarəsinin rəisi postuna susayır. Həmin posta təyinat aldıqdan sonra Mahmudov şikəst düşür və yerimək qabiliyyətini itirir. Əlil olmasına və əmək qabiliyyətini itirməsinə baxmayaraq, vəzifəsindən azad etmirlər. Mərkəzi Xüsusi Rabitə İdarəsinə rəhbərlik edən Mahmud Mahmudov 6 ilə yaxındır evində əyləşib maaşını da alır, xidməti maşını da ixtiyarındadır. Mahmud Mahmudov da eyni ilə Eldar Mahmudov kimi, ətrafına yaxın qohumlarını yığır. Bildirildiyinə görə, Mahmud Mahmudovun əlil arabasında idarə rəisi vəzifəsində qalmasının bir səbəbi də Azərpoçt MMC-nin rəhbəri ilə ortaq razılaşmaya gəlməsi olub. Belə ki, Azərpoçt MMC-nin direktoru Qəmbər Bəybalayevlə anlaşan Mahmud Mahmudov ona oğlunu MTN-də işə düzəldəcəyini söz verir. Bir müddətdən sonra Qəmbər Bəybalayevin oğlu Anar Bəybalayev MTN-də zabit olaraq işə götürülür, rütbəsi yüksəldilir və vəzifə başına keçirilir.  

Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəisi Beytulla Hüseynovun saxlanılmasına da səbəb kimi, onun Eldar Mahmudovla qohum olması (Beytulla Hüseynov Eldar Mahmudovun bibisi qızının həyat yoldaşıdır) , gizli şəkildə dinləmələr həyata keçirdiyi göstərilir. Ehtimala görə, Eldar Mahmudov Prezident və onun ailə üzvlərinin telefon danışıqlarının dinlənilməsində Eldar Mahmudova yardımçı olan Beytulla Hüseynov əsl oliqarxa çevrildiyi bildirilir. MTN əməkdaşları tərəfindən sahibkarların incidilərək, əllərindən pulunun alınmasında da E. Mahmudovun RYTN-dəki şəbəkəsinin mühüm “xidməti” olub. Bu qohumluq Beytulla Hüseynova çox şey qazandırıb. Onun bir qardaşı Xeyrulla Hüseynli nüfuzlu qohumun köməyi ilə Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsindədir və nefuzlu qohumun havadarlığı ilə hətta başçının özündən də artıq səlahiyyətlərə sahibdir. Digər qardaşı Ramiz Hüseynov isə MTN-nin Bilgəhdəki sanatoriyasına direktor vəzifəsinə oturdulub. Eldar Mahmudovun himayə etdiyi Hüseynov qardaşlarının yaxın qohumları olan Fərhad Əliyev MTN-nin Nizami rayon Şöbəsinə, Zaur Əliyev isə Sumqayıt şəhər Şöbəsinə rəis vəzifəsinə irəli çəkilib. 

O da məlumdur ki, Beytulla Hüseynovun qızının həyat yoldaşı da MTN əməkdaşıdır, xaricdəki diplomatik nümayəndəliklərdən birində çalışır. Beytulla Hüseynov BTRİB-in tikinti-təchizat idarəsinə nəzarəti bacısının həyat yoldaşı Ceyhun və kirvəsi, Sədərək gömrüyünün keçmiş əməkdaşı Bayrama verməklə, onların vasitəsilə dövlətin milyonlarla vəsaitini tar-mar edib.

Bildirilir ki, Beytullanın Bakıda milyonluq obyektləri, bacısı oğlu Azər İbrahimovun idarə etdiyi özəl internet şirkəti, Türkiyədə Sədərək Gömrüyünün keçmiş müdiri Səfər Əliyevlə şərikli biznesi, o cümlədən Antalyada otel və tikinti biznesi olduğu deyilir. Beytulla Hüseynov özünün biznes şəriki Səfər Əliyevin də fəaliyyətinin çiçəklənməsinə yardım edir. Bildirildiyinə görə, onların ortaq bizneslərindən Eldar Mahmudova da əhəmiyyətli pay düşürmüş. Səfər Əliyevin oğlu Ceyhun Əliyev MTN Astara rayon şöbəsinin rəisidir.

Artıq işdən çıxarılan Rəhim Hacıyev də B. Hüseynovun əli ilə Aeroportda şöbə müdiri vəzifəsinə keçmişdi. MTN-nin Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin rəisi Nizami Şirinovun isə Vüqar Allahquliyev adlı şəxslə birgə Nazirlikdə hərbi xidmət keçmək istəyən əsgərlərdən hərəsindən 10 min manat rüşvət almaqla ildə 2 milyon manata qədər əldə etdikləri deyilir.

Xatırladaq ki, bütün dünya ölkələri liderlərinin danışıqlarını izləyən ABŞ-nın özündə iki il əvvəl məhkəmə vətəndaşların tlefon zənglərinin dinlənilməsinin Konstitusiyaya zidd oilması barədə qərar çıxarıb. Yahoo. Google,  Facebook və digər internet nəhəngləri də prezident Obamadan xahiş etmişdilər ki, Milli Təhlükəsizlik Agentliyinin hərəkətlərini cilovlasın. Görünür, bizdə bu sahədə vəziyyət daha dözülməz imiş. Son zamanlar artıq MTN-dən başqa DİN və digər orqanlara da danışıqların dinlənilməsi tapşırılıb. Bu proses “Əməliyyat – axtarış fəaliyyəti haqqında “ qanunla tənzimlənir. Bizim qanunveriocilik imkan verir kl, DİN və MTN istənilən vaxt dinləmələr aparıb, informasiya əldə edə bilsinlər. İndi qanunvericiliyin tələbinə görə, sistem elə qurulmalıdır ki, müvafiq qurumlar istədikləri zaman müdaxilə edib, axtarış, dinləmə həyata keçirə bilsinlər. Bu, o deməkdir ki, mobil operator öz sistemini qurub, lisenziya aldıqları zaman artıq onlardan bu məqam tələb olunur ki, dinləmə üçün şərait olsun. “Əməliyyat – axtarış fəaliyyəti haqqında” qanunun 10-cu maddəsində yazılıb: “ –IV. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğu hallarda əməliyyat  - axtarış fəaliyyətinin subyektləri hakimin qərarı olmadan: şəxsiyyət əleyhinə ağır cinayətlərin və ya xüsusi təhlükəli dövlət cinayətlərinin qarşısının alınması üçün telefon danışıqlarına qulaq asa, poçt, teleqraf və digər göndərişlərini yoxlaya, texniki rabitə kanallarınndan və digər texniki vasitələrdən informasiyanı çıxara , habelə insanları güdə bilərlər...” Bu müddəalar müəyyən mənada həm MTN, həm də RYTN əməkdaşlarına “bəraətverici” amil ola bilər (Təbii ki, onlardan sui-istifadə hallarına yox). Bu faktor belə bir ehtimala yol açır ki, Eldar Mahmudovun “çete”si rüşvətxorluqdan, qohumbazlıqdan daha böyük cinayətkarlıqlara, məsələn, Vətənə xəyanətə qol qoyubmuş.

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024