Cəmiyyət (26-12-2015, 15:14)
Yaqub Eyyubovun qohumu “Fresco”nu çökdürür
K.Eyyubovun gəlişindən sonra firmaların pulu ödənməyib
“Fresco” supermarketlər şəbəkəsində durum ürəkaçan deyil. Lakin bunun səbəbi devalvasiya yox, rəhbərlikdir.
Mediatv.az-ın məlumatına görə, AFN.az xəbər verir ki, təxminən son bir ildə şəbəkənin işi əməlli-başlı geriləyib. Səbəbi isə rəhbərliyə yeni gətirilən Kamran Eyyubovun iş prinsipləridir. Belə ki, saytımıza daxil olan məlumata görə, K.Eyyubov gələr-gəlməz ilk işi işçiləri ixtisar etmək, qalanların mükafatlarını kəsmək, firmaların borclarını ödəməmək olub: “Vəziyyəti o həddə çatdırdı ki, hər mağazada çox az sayda işçi qaldı və nəticədə bir adam bir neçə işçinin işini görməli oldu. Bu zaman isə aqressiya, alıcılarla münasibətlərdə kobudluq artmağa başladı. Dəfələrlə marketin nüfuzuna xələl gətirən hadisələr baş verib, müştərilər mətbuatda, sosial şəbəkələrdə şikayət ediblər”.
O da bildirilir ki, K.Eyyubovun gəlişindən sonra firmaların pulu ödənməyib. Bu isə sonda bəzi firmaların marketlə əməkdaşlığı dayandırması ilə nəticələnib: “Firmaları aylarla süründürür, pullarını vaxtında ödəmir. Nəticədə bəzi firmalar əməkdaşlığı dayandırmağa məcbur olublar. Bu isə təbii ki, supermarketin işinə xeyir yox, ziyandır”
Qeyd edək ki, K.Eyyubovun baş nazirin birinci müavini Yaqub Eyyubovun yaxın qohumu (bəzi iddialara görə, qardaşı oğlu-red.) olduğu da redaksiyamıza daxil olan məlumatlar arasındadır.
P.S. Qarşı tərəfin də mövqeyini verməyə hazırıq.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024