Hadisə (7-07-2015, 16:47)
“Verilən vədlərin heç biri doğru çıxmadı…”
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və müavini Elçin Şirinov Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq təcridxanasında saxlanılan Mətləb Eyyubovla görüşüblər.
Bu barədə APA-ya məlumat verən E. Behbudov bildirib ki, A. Eyyubov Cinayət Məcəlləsinin 283-cü (milli, irqi, dini ayrı seçkiliyin salınması) maddəsinə əsasən təqsirləndirilir: “Azər Eyyubov 1993-cü ildə Bakıda anadan olub. Üç ay Suriyada olub və geri qayıdan zaman hava limanında saxlanılıb. Oraya getməyinə peşman olduğunu dedi. Bildirdi ki, Bakıda ona verilən vədlərin heç biri doğru çıxmayıb. Suriyada namaz qılmayan şəxsləri ölümlə cəzalandırdıqlarını, orada təlimlər keçsə də, döyüşlərdə iştirak etmədiyini bildirdi”.
E. Behbudov A. Eyyubovun vəkillə təmin olunduğunu, saxlanma şəraitindən və ona qarşı münasibətdən şikayəti olmadığını da deyib.