Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (27-08-2015, 12:45)
İri şirkətlər satışı məhdudlaşdırdı: ərzaq qıtlığı yaranır?

İri şirkətlər satışı məhdudlaşdırdı: ərzaq qıtlığı yaranır?

 

Dolların bahalaşması, növbəti devalvasiya təhlükəsi Azərbaycanda bəzi ərzaq və gündəlik təlabat mallarının qıtlığına səbəb olub. 
Aznews.az-a daxil olan məlumata görə, şirkətlərin əksəriyyəti qiymət artımına icazə verilmədiyini və indiki qiymətlərin maya dəyərindən aşağı olduğunu əsas gətirərək, mağazalara mal verməkdən imtina edirlər. 
Alıcı təbəqəsi nəzərə alınaraq böyük marketlərə limitlə də olsa mal verən şirkətlər, məhəllə dükanlarına ümumiyyətlə şifarişə getmirlər. Firmaların bu siyasəti xüsusən də bölgələrdəki mağazalarda qıtlıq yaradıb. . Marketlərdə “Huggies” və “Kotex” firmasının məhualları isə tamamilə yoxa çıxıb. Vitrinlərdə olan sözügedən məhsullar isə mağaza sahibinin əvvəldən sifariş verdiyi mallardır.
Mağazalara məhsul gətirilmədiyindən, bazada olan mal tükənib və vitrinlər boşalıb. Bu isə qıtlığın aydın şəkildə nəzərə çarpmasına səbəb olub. 
Mağaza sahiblərindən aldığımız məlumata görə, firmalar malın pulunu nağd verən dükanlarla işləməyə üstünlük verirlər: “Bizə məhsul verilməsinə limit qoyulub. Elə firma da var ki, ümumiyyətlə heç bir mal gətirmir. Deyirlər ki, mövcud iqtisadi şəraitdə məhsul satmaq sərf etmir. Ona görə də sifariş götürməyə gəlmirik”. 
Lakin dükanlarda AzərSun və P&G şirkətinin məhsulları kifayət qədərdir. Mağaza sahibləri bunu, həmin şirkətlərin məhsullarının qiymətlərini artırması ilə izah edirlər: “Digər şirkətlər isə qiymətləri qaldıra bilmirlər deyə, məhsullarını verməkdən imtina ediblər. Bəziləri də verir, qıtlığın tam şəkildə nəzərə çarpmaması üçün çalışırlar”. 
Qeyd edək ki, şəhər və bölgələrdə artıq bir neçə böyük və kiçik marketlərin bağlnaması müşahidə olunur. Çox güman ki, marketlərin bağlanılmasına səbəb də firmaların məhsul verməkdən imtina etməsidir.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024